Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan açıq bazar prinsipi əsasında İsraildən silah alır” - Səfir

Tarix: 26-10-2020 12:15     Baxış: 4142 A- / A+
“Azərbaycan açıq bazar prinsipi əsasında İsraildən silah alır” - Səfir


Son zamanlar erməni lobbiçiləri tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini münaqişə adı ilə qələmə verilməsi hallarının artması müşahidə olunmaqdadır. Eyni zamanda ABŞ-da xristian icmasının əsas telekanalı olan CBN-də ölkəmizin tolerantlıq ənənələrini əks etdirən veriliş yayımlanıb.

Bu barədə ölkəmizin ABŞ-dakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, sözügedən verilişdə ermənilərin münaqişəyə dini don geyindərmələrinin düzgün olmadığı bildirilir, Azərbaycanda tolerantlığın yüksək səviyyədə olması, burada çoxsaylı yəhudilərin yaşaması və İsraillə yaxın əməkdaşlıq münasibətlərindən bəhs olunur.

Telekanala müsahibə verən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının 57 üzvü arasında Azərbaycan İsrailin ən yaxın dost ölkədir. Ölkəmizdə yaşı 2600 ili keçən yəhudi icması mövcuddur. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmalar sülh və dostluq şəraitində yaşayır. Azərbaycanın İsraildən silah alması məsələsinə aydınlıq gətirən səfir qeyd edib ki, Azərbaycan açıq bazar prinsipi əsasında digər ölkələrlə yanaşı İsraildən də silah alır.

Alınan silahların hərbi obyektlərin vurulması üçün nəzərdə tutulduğunu, Azərbaycanın mülki şəxsləri hədəf almadığını və bunu dəfələrlə bəyan etdiyini diqqətə çatdırır. O, İsraildəki dostlar və tərəfdaşlara ölkəmizin yanında olduqları üçün təşəkkür ifadə edir.

Strategiya və Təhlükəsizlik üzrə Yerusalem İnstitutunun professoru Efraim İnbar CBN-ə müsahibəsində bildirib ki, Azərbaycan İsrail üçün olduqca vacib ölkələrdəndir. Azərbaycan İsrailin neftə olan tələbatının 40 fazini ödəyir. Müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərə qarşı olduqca yaxşı münasibət göstərilir. İsrail müsəlman ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır, Azərbaycan həm də İranla qonşu ölkədir. Professor qeyd edib ki, Azərbaycana silah ixracı İsrailin hasilatının böyük hissəsini təşkil edir./ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar