Xəbər lenti
Hikmət Hacıyev: "Fransa deputatlarının əksəriyyətinin erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil"
“Ermənistan kütləvi informasiya vasitələrində Fransanın parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə məlumat verilir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi şəraitdə Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır”.
Manevr.az xəbər verir ki, bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Səfərdə iştirak edən Fransa parlament üzvlərinin əksəriyyətinin erməni lobbi dairələri ilə bağlılığı və erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil.
Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidir. Bu səfər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır.
İndiki həssas dönəmdə bu qəbildən olan provokativ addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb olur.
Bu səfər regionda gərginliyin azalmasına xidmət etmir. Əksinə, Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı yeni hərbi cinayətlər törətməyə, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə daha da cəsarətləndirir.
Fransa parlament nümayəndə heyətinə Ermənistan baş naziri ilə görüşdə ona törətdiyi hərbi cinayətlər, xüsusilə dinc sakinlərin ölümü ilə nəticələnən Azərbaycanın Gəncə, Tərtər, Mingəçevir və digər şəhərlərini ballistik və reaktiv raketlərdən atəşə tutmasına görə daşıdığı məsuliyyəti xatırlatmağı tövsiyə edirik”, - o qeyd edib.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar