Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əməkdar jurnalistdən məhv edilmiş düşmən hərbi texnikaları ilə bağlı TƏKLİF

Tarix: 24-10-2020 17:32     Baxış: 4298 A- / A+
Əməkdar jurnalistdən məhv edilmiş düşmən hərbi texnikaları ilə bağlı TƏKLİF


Hər birimiz müzəffər ordumuzun uğurlarını görür və sevinirik. İnşallah da tezliklə işğal altında olan bütün torpaqlarımız azad olunacaq, Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz xalqımıza qələbə sevinci bəxş edəcək.

Bu da bir həqiqətdir ki, döyüş əməliyyatları zamanı düşmənin xeyli sayda ağır hərbi texnikası ya sıradan çıxarılıb, ya da qənimət qismində saz halda ələ keçirilib.

İşlək halda olanların müəyyən texniki baxışdan və rəng dəyişikliyindən sonra düşmənin özünə qarşı istifadə olunmasını alqışlayıram.

Mənim təklifim sıradan çıxarılmış hərbi texnikalarla bağlıdır.

Təklif edirəm ki, sıradan çıxarılmış və yararsız hala salınmış düşmən hərbi texnikaları bir araya gətirilsin və geniş bir ərazidə onların həmişəlik qalmaq şərtilə muzey-sərgisi təşkil olunsun.

Bu sərgi həm də dünya ictimaiyyətinə bir mesaj olacaq. Bəs bu mesaj özündə nələri ehtiva edir?

Birincisi, Azərbaycan ordusunun qüdrətini göstərəcək.

İkincisi, müharibənin dəhşətlərini gözlər önünə sərəcək.

Üçüncüsü, başqasının torpağına göz dikənlərin, işğalçılıq siyasəti yürüdənlərin, qəsbkarların aqibətlərinin necə sonluqla bitdiyini göstərəcək.

Dördüncüsü, işğalçı ilə öz vətənini müdafiə edənlərin fərqini ortaya qoyacaq.

Beşincisi, müharibənin tank, top erasının artıq bitdiyini təsdiqləyəcək.

Altıncısı, dünyanın hər şeydən çox sülhə ehtiyacı olduğunu bir daha xatırladacaq.

Və nəhayət, yeddincisi, fironların keçici, Allah-taalanın isə əbədi olduğunu hər kəsə anladacaq.

Mən inanıram ki, belə olarsa, dünyanın hər yerindən bu muzeyə baxmağa insanlar axın-axın gələcək və qısa zaman kəsiyində bu muzey dünyanın ən məşhur muzeyləri sırasında dayanacaq.

Məncə, metal kimi ərintiyə və təkrar emala verməkdənsə, belə bir muzeyi yaratmaq qat-qat faydalı olar – həm ictimai-siyasi, həm də turizm baxımından.

İnanıram ki, əlaqədar qurumlar mənim təklifimi diqqətə alacaq və müvafiq addımların atılması üçün yuxarı instansiyalara təklif şəkildə müraciət edəcəklər.

Təbii ki, bu məsələdə kütləvi informasiya vasitələri də mühüm rol oynaya bilər.

Dərin hörmətlə, Rafiq Oday,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
Respublikanın Əməkdar jurnalisti,
şair-publisist.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar