Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Misir saytları: Ermənistan Azərbaycanın yaşayış məntəqələrinə ballistik raketlər atıb

Tarix: 23-10-2020 06:53     Baxış: 3195 A- / A+
Misir saytları:

Misirin “Garbnews” informasiya portalı və “Aldiplomasy” internet nəşri Ermənistanın yenidən Azərbaycanın yaşayış məntəqələrinə raket hücumu barədə xəbərlər yayıblar.

AZƏRTAC-a istinadla yayılan xəbərlərdə bildirilir ki, Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri də daxil olmaqla, 120-dən çox yaşayış məntəqəsini düşməndən azad edən Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan oktyabrın 22-də səhər saatlarında Siyəzən, Qəbələ və Kürdəmir rayonlarını raket atəşinə tutub.

Qeyd olunub ki, Qəbələdə bir nəfər dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 5 evə ciddi ziyan dəyib. Həmçinin düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və xüsusi strateji əhəmiyyətə malik Oğuz-Qəbələ-Bakı su kəmərini raketlə hədəfə alıb. Lakin raketin Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində onun hissələri su kəmərinin yaxınlığına düşüb.

Misir saytları, həmçinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlanıldığını da qeyd ediblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar