Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

" Getsin öz seçiciləriylə məşğul olsun" - Həmkarından Çingiz Qənizadəyə sərt reaksiya

Tarix: 26-01-2017 10:13     Baxış: 4354 A- / A+
" Getsin öz seçiciləriylə məşğul olsun"


Bir müddət əvvəl millət vəkili Çingiz Qənizadənin "Qaçkınkom"la bağlı səsləndirdiyi korrupsiya ittihamlarına həmkarı İmamverdi İsmayılov sərt təpki verib.

BakiPost.az xəbər verir ki, o, Çingiz Qənizadənin ölkə Prezidentinin Fərmanını öz düşüncə tərzinə uyğun olaraq, Komitədə olmayan korrupsiya hallarının qarşısının alınması kimi izah etməsini vurğulayır: "Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı Fərman bu qəbildən insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə, ünvanlılığın təmin olunmasına və səmərəliliyin artmasına xidmət edir. Bu da həmin insanların dövlətin onlara olan qayğısından daha konkret ünvanlı şəkildə istifadə etməsinə səbəb olacaq.

Əvvəllər də uzun illər onlar bu güzəştlərə, imtiyazlara malik olublar, sadəcə həmin vəsait onda dövlətin büdcəsindən müvafiq qurumlara ayrılıb, indi isə onun forması dəyişib, müvafiq qurumlar əvəzinə vətəndaşın özünə verilir və onu xərcləmək istiqaməti də vətəndaşın öz seçimindən asılı olacaq. Sosial müdafiənin bu şəkildə təmin olunması ünvanlılıq prinsipinə də uyğundur.

Ancaq deputat Çingiz Qənizadə yenə də öz əvvəlki çıxışlarında olduğu kimi ölkə Prezidentinin bu sahədə verdiyi Fərmanı öz düşüncə tərzinə uyğun olaraq, Komitədə olmayan korrupsiya hallarının qarşısının alınması kimi izah edir. Görünür Çingiz Qənizadə özünəməxsus xüsusiyyətlərindən əl çəkmək istəmir. Hesablama Palatası tərəfindən Komitədə aparılan yoxlamalarda hər hansı bir qanun pozuntusu aşkar olunmayıb. Deputat Qənizadəyə tövsiyyə edərdim ki, yaxşı olardı ki, o öz seçildiyi rayonun seçicilərinin problemləri ilə məşğul olsun. Bu cür belə fikirlər səsləndirməklə ölkəmizdə olan məcburi köçkünlər arasında çaçqınlıq yaratmaq və onlar üçün atılmış mühüm addımlara kölgə salmaq kimi əməllərindən əl çəksin".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar