Xəbər lenti
Müşfiq Məmmədli: “Müzəffər Azərbaycan ordusunun əks- hücum əməliyyatı sülhə məcburetmə əməliyyatıdır”
“Belə bir deyim var. Deyərlər: “Zalımın sonu yaxınlaşdıqca , zülmü artar, azğınlığı çoxalar”. Bu gün qəsbkar emrənilərin də sonu çatdığından hər cür azğınlığa, insanlığa sığmayan ən dəhşətli və ağlagəlməz cinayətlərə əl atırlar. Döyüş meydanında Azərbaycan ordusu ilə qarşı-qarşıya döyüşdə acı məğlubiyyətə düçar olan azğın düşmən, bu məğlubiyyətinin əvəzini dinc, köməksiz vəziyyətdə olan dinc əhaliyə insalıqdan çox-çox uzaq olan cinayətlər törətməklə həyata keçirirlər”.
Manevr.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.
Onun sözlərinə görə, bu gün azğın düşmən cəbhə xəttindən uzaqda olan şəhər və yaşayış məntəqlərində dinc əhalini atəşə tutaraq körpə, yeniyetmı, qadın, yaşlı, xəstə demədən qanlı terror və qırğın törədirlər. “Bunun bir adı var. Bu da insanlığa qarşı vəhşilik. Çox təəssüf ki, beynəlxalq aləm hər zaman olduğu kimi terrorçu, faşist Ermənistanın bu qanlı cinayətini görməməzlikdən gəlir və susqunluq nümayiş etdirir. Dünya birliyini bəşəriyyətə, insanlığa qarşı olan bu dəhşətli cinayətlərə susması sadəcə insanlarda qəzəb və nifrət hissi yaradır. Axı, bu dəhşətli cinayətin qurbanları döyüş meydanında hərbçi deyil, bunlar gecə vaxtı evində yatan məsum körpələr, qadınlar, qocalar və xəstələrdir. Digər tərəfdən terrorçu ermənilərin beynəlxalq humanitar qanunları və Cenevrə konvensiyasını ayaqlar altına atılması deməkdir. Dünya bilriyinin, xüsusən də beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupu həmsdərlərinin insanlığa qarşı dəhşətli cinayətə susqunluğu, haqsız və ədalətsiz mövqe sərgiləməsi Azərbaycan cəmiyyəti və dünyanın sülhsevər insanları, dövlətləri tərəfindən hiddətlə qarşılnamqda və şiddətlə qınanılmaqdadır”- deputat qeyd edib.
Millət vəkili hesab edir ki, dünya birliyi təxirəsalınmadan bu dəhşətli cinayəti həyata keçirən təcavüzkar Ermənistanın siyasi və hərbi rəhbərliyini beynəlxalq məsuliyyətə cəlb etməli və onların layiqli cəzasını verməlidir: “Əks təqdirdə bu əməllərinə görə qəsbkar Ermənistanın siyasi və hərbi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, həm də bəşəriyyətə qarşı törədilmiş cinayətin məsuliyyətini birlikdə bölüşmüş olurlar. Əgər beynəlxalq aləm terorçu erməniləri cəzlandırmayacaqsa, o zaman Azərbaycan özü terrorçuları törətdiyi dəhşətli cinayətlərə görə cəzalandıracaq və bu cəza cənab Prezidentin dediyi kimi çox ağır olacaq. Necə ki, bu gün bunu real həyatda tətbiq etməkdədir. 30 il müddətində təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə, törətdiyi soyqırımı və digər hərbi cinayətlərinə göz yuman beynəlxalq aləmin əvəzində Azərbaycan özü işğalçını sülhə məcbiretmə məqsədi ilə əks-hücum əməliyyatını başlayaraq torpaqları işğaldan azad edir. Bununla paralel olaraq müzəffər Azərbaycan ordusu indiyədək törətdikləri cinayətlərin, o cümlədən Gəncədə, həmçinin digər rayon və yaşayış məntəqələrində törətdiyi qırğınların qurbanlarının qisasını döyüş meydanında layiqli cəzasını verməkdədir. Rəşadətli Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu xilaskar əməliyyatı nəticəsində düşmən darmadağın edilərək, geriyə otuzduurlmaqdadır. Qəhrəman Azərbaycan ordusu həyata keçirdiyi bu əməliyyatlar zamanı beynəlxalq humanitar qanunlara və Cenevrə konvensiyalarının tələblərinə ciddi riayət edərək mülki insanları hədəf seçmir. Bizim əks-hücum əməliyyatımız torpaqlaırmızın ərazi bütövlüyünü təmin edilməsinə və işğalçını sülhə məcburetmə əməliyyatıdır. Bölgədə sülhün bərpa edilməsinə xidmət edən xilaskar hərbi əməliyyatdır. Bu əməliyatlar nəticəsində, eyni zamanda uzun illər boyu terrorçu, cinayətkar erməni hərbi-xunta rejiminin əsarətində olan sadə erməniləri xilas etməyə yönəlib. Nəticə etibarı ilə bu xilaskarlıq missiyası torpaqlarımızın işğaldan azad edilməsinə və həmin torpaqlarda həyatın qaytarılmasına, həmin bölgənin sakinlərinin öz yurd-yuvasına qayıtmasına və sülh şəraitində yaşamasına yönəlib”.
Millət vəkili əlavə edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu hər gün işğal altında olan yeni-yeni torpaqları azad edir: “Həyata keçirilən uğurlu xilaskar əməliyyat nəticəsində düşmən qorxudan öz silahlarını yerə qoyub qaçırlar. Bu xilaskar əməliyyat nəticəsində rəşadətli ordumuz dü.mənin 234 ədəd tankını məhv edib, 36 tankı hərbi qənimət kimi götürüb, 49 piyada döyüş maşını məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. 16 ədəd özüyeriyən artilleriya qurğusu, 190 müxtəlifçaplı toplar, 2 “Uraqan” sistemi,1 TOS odsaçan, 2 əməliyyat taktiki raket kompleksi “Elbrus” , 1 “Toçka-U” , 35 OSA zenit raket kompleksi, 3TOR zenit-raket kompleksi, 5 KUB və “Kruq” zenit raket kompleksi, 9 radioelektron mübarizə sistemləri , 2 S-300 zenit raket kompleksi , 196 yük avtomobilləri məhv edilib, 98-i qənimət kimi götürülüb. Fizuli şəhərinin azad edilməsi zamanı isə hərbi hissə, yanacaq-sürtkü və silah anbarı ələ keçirilib. Rəşadətli ordumuz hazırda döyüç meydanında şərəfli bir tarix yazmaqdadır. Ona görə də hesab edirəm ki, nə qədər gec deyil erməni cəmiyyəti onları dərin bataqlığa sürükləyən kriminal hakimiyyətə qarşı çıxaraq bu cinayətkarların məsuliyyətə cəlb olunmasına nail olmalı, övladlarını başqa ölkənin ərazisində ölümə göndərməməlidir”.
Deputat onu da bilidirib ki, artıq düşmən ordusunda inamsızlıq, qorxu, vahimə hökm sürməkdədir: “Ona görə də düşmən Azərbaycan ordusunun gülləsinə tuş gəlməməsi üçün mövqelərini tərk edib qaçırlar. Əhali arasında da çaşqınlıq hökm sürməkdədir. Təcavüzkar ölkədən fərqli olaraq bu gün Azərbaycan cəmiyyətində tarixdə görünməmiş birlik, həmrəylik, ruh yüksəkliyi müşahidə olunmaqdadır. Bu gün Azərbaycan cəmiyyətində işğala son vermək üçün hamiısiyasi mövqeytindən, baxışından asılı olmayaraq Prezident və Ali Baş Komandanın ətrafında sıx birləşib. Cəmiyyətdəki ruh yüksəkiyi ordumuzun haqq uğrunda apardığı döyüş əzmini artırır. Odur ki, Ali Baş Komandanımızın rəhbərliyi altında həyata keçirilən xilaskarlıq əməliyyatı tezliklə qələbə və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnəcək. İşğaldan azad olunacaq torpaqlarda həyat bərpa olunacaq, dağıdılmış məscidlərdə yenidən azan səsi eşidiləcək, bölgədə sülh bərpa olunaraq, normal həyat bərqərar olacaq. Yenidən həmin torpaqlarda yaradıcılıq-quruculuq işləri başalnacaq. Yeni-yeni müasir şəhərlərə və yaşayış məntəqləri salınacaq. Azərbaycan xalqının təkcə torpaqlarımızın işğaldan azad olunması yox, eyni zamanda orada normal həyatın yenidən bərqərar olması və digər bütün arzuları cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində real həyata keçəcək. Bu yolda cənab Ali Baş Komandan başda olmaqla, qəhrəman Azərbaycan Ordusuna Allah yar və yardımçı olsun. Xalqımızı tezliklə qələbə müjdəsi ilə sevindrisin. Əminəm ki, qısa zamanda bu qələbə müjdəsi olacaq. Qarabağ Azərbaycandır! Qələbə Azərbaycanladır. Çünki Azərbaycanın apardığı mübarizə haqq-ədalət mübarizəsidir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar