Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Hikmət Hacıyev: "Ermənistan dövlət səviyyəsində terror həyata keçirir"

Tarix: 19-10-2020 16:39     Baxış: 4198 A- / A+
Hikmət Hacıyev: "Ermənistan dövlət səviyyəsində terror həyata keçirir"


“Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Oktyabrın 10-da Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, bir qədər sonra münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərində mülki əhali atəşə tutulub. Burada hərbi hədəf yox idi. Sadəcə, onlar bilərəkdən dinc vətəndaşları qətlə yetirmək üçün həmin əraziləri atəşə tutublar”.


Manevr.az
xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub: “Onlar Gəncədə böyük vəhşilik törədib. Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir. Bununla onlar xalqımızın iradəsini qıra bilməyib. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə davam edir. Oktyabrın 18-də ikinci dəfə humanitar atəşkəs razılaşmasına baxmayaraq, Ermənistan öz xislətini göstərərək yenidən mülki əhalimizi atəşə tutub. Bu, Ermənistanın terrorçuluq mahiyyətini ortaya qoyur”./report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar