Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Çavuşoğlu türkdilli dövlətləri çətin zamanlarda bir-birinə dəstək verməyə çağırıb

Tarix: 15-10-2020 13:12     Baxış: 3137 A- / A+
Çavuşoğlu türkdilli dövlətləri çətin zamanlarda bir-birinə dəstək verməyə çağırıb


“Güclünün yanında yox, məzlumların yanında bir Türkiyə var. Gücümüzü ata yurdumuz Mərkəzi Asiyadan bu günə qədər qoruduğumuz ədalət, mərhəmət kimi ortaq dəyərlərimizdən alırıq”.

Manevr.az-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əhməd Yəsəvi Türk-Qazax universitetində tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

Türkiyə XİN başçısı qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi təxminən 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilib: “Ermənistan silahlı qüvvələri işğal altında olmayan Azərbaycan torpaqlarına da hücum edir. Ermənistanın bu hərəkətləri müharibə cinayətidir. Təəssüflər olsun ki, bəzi ölkələr Ermənistanın hücumlarına səssiz qalır. Haqlı ilə haqsızı eyni səviyyədə tuturlar. BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq qərarlarını heçə sayırlar. Türkiyə haqlı mübarizəsində Azərbaycanın hər zaman yanında olub və bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik. Qardaş ölkələr olaraq Azərbaycanla həmrəy olmağımız böyük əhəmiyyət daşıyır. Çətin zamanlarda qardaş ölkələr olaraq bir-birimizə dəstək verməliyik”.

Qeyd edək ki, M. Çavuşoğlu tədbirə videokonfrans formatında qatılıb./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar