Xəbər lenti
Ağacları kəsən 184 nəfər cərimələnib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində floranın mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirlikdən verilən məlumata görə, ETSN əməkdaşlarının meşə ehtiyatlarının mühafizəsi üzrə apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 207 akt və 28 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 4 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 24 iş üzrə 14450 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyanla bağlı 84 iş üzrə 6901,1 manat məbləğində iddia qaldırılıb.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 3 işdən 1-nə, icra qruplarına göndərilmiş 11 iş və əvvəlki illərdən qalan 1 iş də daxil olmaqla 12 işə baxılaraq müvafiq tədbirlər görülüb. 2 iş icraatdadır.
Yaşıllıqların mühafizəsi üzrə hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 776 akt və 171 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 51 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 184 iş üzrə 355400 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyanla bağlı 99 iş üzrə 35289,22 manat məbləğində iddia qaldırılıb.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 224 işdən 102-nə, icra qruplarına göndərilən 111 işdən 69-na və məhkəmələrə göndərilən 30 işdən 14-nə baxılaraq müvafiq tədbir görülüb. Qalan işlər isə hazırda icraatdadır.(azvision.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar