Xəbər lenti
“Şoyqunun istəyini yerinə yetirmək tarixdə - 2016-cı ildə qaldı, artıq Türkiyə var”
"Rusiyanın Müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək Suriya və Liviyadakı durumla yanaşı Dağlıq Qarabağdakı döyüşləri də müzakirə edib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlüd Çavuşoğluna zəng etmişdi. Bir gün Rusiya prezidenti Vladimir Putin eyni mövzunu müzakirə etmək məqsədilə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğana zəng edəcək".
Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya Müdafiə naziri Sergey Şoyqunın türkiyəli həmkarı Hulusi Akarla Dağlıq Qarabağdakı döyüşləri şərh edərkən deyib.
"Bütün bunlar ondan xəbər verir ki, Kremldə anlayırlar ki, Türkiyənin rəyi nəzərə almadan keçinmək mümkün olmayacaq. Türkiyə isə Azərbaycanın tələbini qətiyyətlə təkrarlayır: Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və bu dövlət işğal etdiyi torpaqlardan çıxmalıdır! Rusiyanın “Rossiya” televiziya kanalının ermənipərəst aparıcısı Solovyov dünənki verilişində Azərbaycanı Rusiyanın müdafiə naziri ilə hədələyərək bunu demişdi: “Bakı Lavrovla razılığa gəlməsə, Şoyqu ilə razılığa gəlmək məcburiyyətində qalacaq”.
Şoyqunun istəyini yerinə yetirmək tarixdə - 2016-cı ildə qaldı, 4 il keçib, bölgədə artıq Türkiyə var və həmin Şoyqu telefonda Hulusi Akarın bu sözlərini dinləmək məcburiyyətindədir: “Azərbaycan münaqişənin həlli üçün daha 30 il gözləməyəcək. Türkiyə öz torpaqlarını geri almaq üçün Azərbaycanın başladığı əks-hücum əməliyyatlarında Azərbaycanın yanında olacaq" - deyə politoloq qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar