Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Müsəlman Alimləri Birliyi: “Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkil”

Tarix: 12-10-2020 22:23     Baxış: 5232 A- / A+
Müsəlman Alimləri Birliyi: “Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkil”


Qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyi Ermənistanın təcavüzkar əməllərini qınayan və onu işğal etdiyi ərazilərdən çəkilməyə çağıran bəyanat qəbul edib.

Manevr.az-ın məlumatına görə, Bəyanatda təşkilat erməni işğalı və təcavüzünü qınayaraq, zülm və işğalın məhvə məhkum olduğunu bildirib.

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu və heç vaxt Ermənistana tabe olmadığı qeyd olunub. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistanın işğal etdiyi ərazilərdən çəkilməyə çağırdığı qeyd edilib.

BMT, həmçinin, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və s. beynəlxalq təsisatların oxşar qərarlarına, eləcə də beynəlxalq hüquqa əsasən, Ermənistanın işğalçı dövlət statusunda olduğu vurğulanıb.

Təşkilat Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməyə və bu istiqamətdə danışıqlara başlamağa çağırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar