Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İşğaldan azad edilmiş əraziləri bərpa edəcəyik” - Prezident

Tarix: 11-10-2020 15:02     Baxış: 5183 A- / A+
“İşğaldan azad edilmiş əraziləri bərpa edəcəyik” - Prezident


“Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq. Bu insanların sevincini, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının, Hadrutun təqribən 30 ildən sonra öz torpaqlarına qayıdacaq sakinlərinin sevincini təsəvvür edə bilərsiniz. Budur, azad edilmiş ərazilərdən çəkilmiş videokadrları nümayiş etdiririk. Bu kadrlardan görünür ki, orada hər şey dağıdılıb. Biz bunu bilirdik. Bu, Stalinqraddan da betərdir. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Başa düşürsünüzmü, onlar hətta pəncərə çərçivələrini də, unitazları da oğurlayıblar”.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu, sadəcə, dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur: “Ona görə də biz bu əraziləri bərpa edəcəyik. Biz kömək edəcəyik. Biz məcburi köçkünlər üçün tikinti proqramına əsasən təkcə bu il 7 min mənzil istifadəyə verəcəyik. Təsəvvür edirsinizmi? Orta hesabla hər mənzildə 5 nəfər nəzərdə tutulsa, biz bir ildə 35 min nəfəri yerləşdirəcəyik. Yəni bu, kiçik və ya hətta bizim şəraitdə orta ölçüdən böyük bir şəhər deməkdir. Zərər çəkmiş 300 mindən çox köçkünü artıq yerləşdirmişik. Köçkünlər üçün şərait yaratmaq məqsədilə biz hər il büdcədən külli məbləğdə vəsait ayırırıq. Hər bir köçkün hər ay dövlətdən müavinət alır. Demək istəyirəm ki, orada biz bu işləri görəcəyik. Biz Cəbrayılı təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib alacaqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar. İllər boyu azərbaycanlıların bu vəziyyətdə necə yaşamalarını təsəvvür edin. Təmas xəttində binoklla baxanda bizim dağıdılmış şəhərləri görərkən mənim keçirdiyim hissləri təsəvvür edin. Qoy, erməni tərəfi fikirləşsin. O, indi bunun nə demək olduğunu başa düşməyəcək. Lakin əvvəl düşünmək lazım idi, azərbaycanlıların hisslərini təhqir etmək lazım deyildi. Biz xeyirxah, sülhsevər xalqıq. Lakin biz öz ləyaqətimizi tapdalamağa, bizi təhqir etməyə imkan verməyəcəyik. Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı”.
Dövlət başçısı “Siz özünüz həmin ərazilərə getməyə hazırlaşırsınızmı?” sualına cavab olaraq, “Əlbəttə. 2016-cı ildə biz Cocuq Mərcanlını işğaldan azad edəndə mən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib dedim ki, bu kəndin sakinlərindən öyrənin, onlar oraya qayıtmaq istəyirlərmi? Ona görə ki, çox illər keçib, onların çoxu Bakıdadır, çoxlarının işi, uşaqları, məktəbləri var, çoxları Azərbaycanın digər regionlarında yaşayır. İş yerini dəyişmək, xüsusən hər şeyin dağıdıldığı yerə dəyişmək o qədər də asan məsələ deyil. Bilirsinizmi, bir müddətdən sonra mənə bildirdilər ki, həmin adamlar növbəyə düzülüblər. Hətta heç vaxt orada olmamış, sonradan doğulmuş gənclər də. Hamısı xahiş edirdi ki, tezliklə oraya qaytarılsınlar və biz bir ildən az müddətdə 150 evdən ibarət qəsəbə saldıq, orada məktəb, tibb müəssisəsi, məscid və bütün infrastruktur obyektləri tikdik, qaz, yol çəkdik. Bu, bizim qayıtmağımızın rəmzi oldu. Mən oraya gedəndə və bu insanların üzündəki fərəhi, sevinc göz yaşlarını görəndə bir daha özümə dedim ki, biz hökmən öz evlərimizə qayıdacağıq və əlbəttə, oranı bərpa edəcəyik. Bu illər ərzində əziyyət çəkmiş, öz doğma yurdlarının həsrəti ilə dünyasını dəyişmiş insanların ruhu şad olsun, onların övladları isə həyatlarının qalan hissəsini xoşbəxt yaşasınlar”, deyə bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar