Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ordumuz qələbə çalsın, Şəhidlərin xatirinə..." - Fuad İslamoğlu

Tarix: 10-10-2020 18:03     Baxış: 3282 A- / A+
"Ordumuz qələbə çalsın, Şəhidlərin xatirinə..."

Manevr.az Fuad İslamoğlunun bugünümüzlə səsləşən yeni şeirlərini təqdim edir:

Qələbə soraqlı nida!

Nöqtəni təşvişə saldı,
Biçarə rəqib mat qaldı,
Ondan qisasını aldı,
Qələbə soraqlı nida!

Özünü vaxtlı yetirdi,
Mövzunu qəti bitirdi,
Qəlbə rahatlıq gətirdi,
Qələbə soraqlı nida!

Mükəmməl nitqə rəng qatdı,
Yağıların səsi batdı,
Uğurla məqsədə çatdı,
Qələbə soraqlı nida!

O, məlhəm oldu illətə,
Düşməni saldı zillətə,
Böyük rüh verdi millətə,
Qələbə soraqlı nida!

Heyrətləndirdi hər kəsi,
Dünyanı bürüdü səsi,
Pozacaqdır atəşkəsi,
Qələbə soraqlı nida!


Şəhidlərin xatirinə...

İgidlər yerindən dursun,
Düşmənə zərbələr vursun,
Qarabağda çadır qursun,
Şəhidlərin xatirinə.....

Zamanı verməyək yelə,
Hamımız verək əl-ələ,
Sahib çıxaq doğma elə,
Şəhidlərin xatirinə.....

Qoymayaq qan yerdə qalsın,
Düşmənlər bundan zövq alsın,
Ordumuz qələbə çalsın,
Şəhidlərin xatirinə...

Sonraya qalmasın qisas,
Budur, ən vacib, ən əsas,
Düşmənlərə qurduraq yas,
Şəhidlərin xatirinə.....

Səbir olur müvəqqəti,
Artıq mövqeyimiz, qəti,
Bitirək bu məşəqqəti,
Şəhidlərin xatirinə.....

27.09.2020


Artıq Vətənə dönməyin vaxtıdır!

Sinəmə çəkilib dağ Qarabağda,
Aran Qarabağda, dağ Qarabağda,
Qalmasın zəbt olmuş dağ Qarabağda,
Artıq Vətənə dönməyin vaxtıdır!

Uzun müddət yurd işğalda qalıbdır,
Arsız düşmən elimdə kök salıbdır,
Bu haqsızlıq səbri əldən alıbdır,
Artıq Vətənə dönməyin vaxtıdır!

Yağı çaş-baş qalıb, yolu tam azır,
Quyusunu bir az da dərin qazır,
Ər oğullar cəbhədə tarix yazır,
Artıq Vətənə dönməyin vaxtıdır!

Ali Baş Komandanın qətiyyəti,
Millətimin, xalqımın həmiyyəti,
Otuzdurdu yerinə bədniyyəti,
Artıq Vətənə dönməyin vaxtıdır!

Açıldı buz bağlamış işin donu,
Budur, artıq çatıb düşmənin sonu,
Axıradək qovacayıq biz onu,
Artıq Vətənə dönməyin vaxtıdır!

07.10.2020

Fuad İslamoğlu

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar