Xəbər lenti
Türkiyə mediasının Azərbaycana qardaşlıq dəstəyi davam edir

Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış hərbi gərginliklə bağlı Azərbaycana qardaşlıq dəstəyini davam etdirir.
Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş ölkə KİV-ləri cəbhədəki vəziyyətlə bağlı həqiqətləri ən yeni xəbərlərlə dünya ictimaiyyətinə çatdırır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiyalar operativ qaydada təqdim olunur. O cümlədən düşmən ordusunun biabırçı məğlubiyyəti, Paşinyan hökumətinin rəzil vəziyyətinə geniş yer verilir. Oktyabrın 8-də qardaş ölkə mediası Prezident İlham Əliyevin mesajları əsasında təhlillər aparıb, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin ali rəhbər şəxslərinin Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqelərini bir daha geniş formatda yayıblar. Məlumatlarda, o cümlədən Türkiyə ictimaiyyətinin Azərbaycana göstərdiyi həmrəyliyə, xalqımızın namərd düşmən hücumlarına qarşı qətiyyətli dayanışına da diqqətlə yanaşılır.
Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Büngü TV, CNN türk telekanallarının, habelə "Akşam", "Təqvim", "Sözçü", "Yeni çağ" və s. nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar