Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan xaricə qırqovul əti ixrac edə bilər

Tarix: 25-01-2017 09:20     Baxış: 4491 A- / A+
Azərbaycan xaricə qırqovul əti ixrac edə bilər



Azərbaycan xaricə qırqovul əti ixrac edə bilər. Trend-in məlumatına görə, Ağstafa rayon sakini Vüqar İsayev şəxsi təsərrüfatında qırqovul bəsləməklə məşğuldur. Təsərrüfat sahibi 3 il öncə gətirdiyi quşlardan indiyədək 600-ə yaxın qırqovul artırıb. Məqsədi quşçuluğun bu sahəsini Qərb bölgəsində inkişaf etdirmək və gələcəkdə qırqovul ətinin ixracına nail olmaqdır.

Hazırda V.İsayev təsərrüfatı daxilində Rumıniya, Koreya, Fransa və digər ölkələrə məxsus 6-dan çox cinsin artırıldığını deyir.

Əsasən Fransadan gətirilən bu quşlar soyuğadavamlı olduğundan dağlıq və dağətəyi bölgədə onları yetişdirmək o qədər də çətinlik yaratmır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşların əti çox dadlı olur. İl ərzində 3 ay müddətində yumurta qoyan bu quşlardan təbii və inkubator yolu ilə bala alınır. Qırqovulların bəslənməsi də çox rahatdır. Çəkisi 1.5 kiloqramadək olan qırqovullar ev quşları kimi dənli bitkilərlə və otla qidalanırlar. Lakin qiyməti ev quşlarından bir xeyli bahadır. Qqırqovulların biri 35-50 manata satılır.

Qırqovulun ən bahalı növü kral cinsidir. Ölkəmizdə qırqovulun əsasən qızılı, məxməri, Qafqaz növləri saxlanılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar