Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Biz məğlub olduq, indi günahkarları tapaq – Erməni KİV

Tarix: 09-10-2020 11:42     Baxış: 3201 A- / A+
Biz məğlub olduq, indi günahkarları tapaq – Erməni KİV

İrəvanda və separatçı rejim olan “dqr”də artıq erməni ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında məğlub olması barədə açıq söhbətlər gedir. Hazırda 2016-cı ilin aprelində olduğu kimi, “xainlər”in axtarışı prosesi başlayıb.

Manevr.az xəbər verir ki, Ermənistanın "Qraparak" qəzeti qondarma “dqr”də keçirilən hərbi toplantı haqqında məlumat yayıb və belə bir başlıqla məqalə dərc edib: “Biz məğlubiyyətlə üzləşdik. İndi günahkarları axtarmaq zamanıdır”.

Cəbhə xəttindəki bütün uğursuzluqları ölkə rəhbərliyində yer alan “satqınlar”ın üzərinə atmaq cəhdləri göstərən Nikol Paşinyanın ardınca qondarma rejimin “başçısı” Araik Arutyunyan da analoji ittihamlarla çıxış edib.

İndi isə 2016-cı ilin aprelini yada salaq. Ermənistan silahlı qüvvələrinin təxribatına güclü cavab nəticəsində Azərbaycan Ordusu işğalçıların öyündükləri müdafiə silsiləsini yara və bir neçə strateji əhəmiyyətli nöqtəni geri qaytara bilir. Həmin günlərdə erməni KİV-i “Azərbaycanın minlərlə meyiti var”, “Ermənistan növbəti dəfə öz gücünü göstərdi” və s. kimi başlıqlarla dolu idi. Lakin reallıqda bu ölkənin rəhbərliyində hamı açıq-aydın başa düşürdü ki, uğursuzluğa düçar olublar. Aprel döyüşlərindən cəmi üç gün sonra isə İrəvanda hökumət sıralarında satqınlar haqqında bizim üçün artıq adət etdiyimiz “erməni melodiyası”nı ifa etməyə başladılar. Cinayət işləri açıldı, həbslər oldu…

Əslində, hər şey məntiqlidir: Ermənistan hakim qüvvələri məğlubiyyət ilə barışıb, artıq buna cavab verəcək “boynuyoğunları” axtarır.

Burada maraqlı başqa bir məqam var. Bəs əgər elədirsə, Ermənistan mətbuatı nədən hələ də “uğurlar”dan yazır? Bu gün Ermənistan KİV-in guya inanılmaz “qəhrəmanlıq əməlləri” haqda səs-küylü məqalələri yazmağa davam edir.

Ayılın! Sizin “liderlər”iniz məğlubiyyətin günahkarlarını axtardığı zaman sizin yalanlarınıza inanan yoxdur. Siz bu yalanları tirajlayarkən nəinki Qarabağdan, hətta Ermənistandan əhaliniz köçür…/axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar