Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gəncədəki Yəhudi icması da bəyanat yaydı

Tarix: 08-10-2020 21:21     Baxış: 3148 A- / A+
Gəncədəki Yəhudi icması da bəyanat yaydı

Gəncədəki Yəhudi Dini İcması Gəncənin Ermənistan ərazisindən raket atəşinə tutulması və nəticədə mülki şəxslərin yaralanması ilə bağlı bəyanat yayıb.

Manevr.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, bəyanatda deyilir: ““Biz - Yəhudi Dini İcması olaraq, Gəncədə yaşayan soydaşlarımız adından Ermənistanın törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyirik. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriya qurğularından atəşə tutması qəbuledilməzdir. Bu bütün beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ziddir.

Məlum olduğu kimi, Naftalan, Ağdam, Tərtər Daşkəsən, Göygöl və Goranboyla yanaşı, döyüş bölgəsindən aralıda yerləşən Gəncə şəhəri də Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalır. Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində bir nəfər həlak olub, 6-sı uşaq, biri digər millətdən olan şəxs olmaqla, 35 dinc sakin yaralanıb, şəhərin infrastrukturuna böyük ziyan dəyib.

Qeyd etmək lazımdır ki, Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədavət toxumu səpməyə çalışsa da, buna nail ola bilməyib. Onların təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər aramızda olan birlik, qardaşlıq tellərini daha da möhkəmləndirir.

Biz - Yəhudi Dini İcması olaraq Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatlığımızı ifadə edir, beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırırıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik.

İmza etdilər:

Babayev Arif Babay oğlu

Məmmədov Telman Əli oğlu

Məmmədova Gülnara Əli qızı

Abbasov Akif Musa oğlu

Yusifova Təranə Oktay qızı

Məmmədov Anar Cəmil oğlu

Məmmədova Günel Məhərrəm qızı

Babayev Sahib Babay oğlu”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar