Xəbər lenti
Ermənistan təxribatı haqqında xarici diplomatlara məlumat verilib
Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin beynəlxalq hüquq normaları, ələlxüsus dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini tələb edir.
Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universiteti tərəfindən qaçqın və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti haqqında xarici diplomatlar üçün keçirilən onlayn mühazirəsi zamanı deyib.
Diplomatlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mövcud vəziyyəti, münaqişə nəticəsində ölkəmizin üzləşdiyi humanitar böhran və onun hələ də davam edən fəsadları barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, eyni zamanda digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar icra olunmayıb.
Məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Onlar üçün salınan qəsəbələrin sayı ilbəil artır, hər il minlərlə məcburi köçkün ailəsi yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır.
Təcavüzkar Ermənistanın hərbi birləşmələrinin son günlər törətdiyi təxribat və buna cavab olaraq Azərbaycanın Ermənistana qarşı başladığı əks-həmlə əməliyyatı haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan ordusu beynəlxalq hüquq normaları əsasən, beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində, öz torpağında vuruşur. Hazırda Azərbaycanın uğurlu əks-həmlə əməliyyatları işğal edilmiş ərazilərdə Ermənistana məxsus hərbi obyektlərin zərərsizləşdirilməsinə yönəlsə də, qarşı tərəf dinc əhalinin yaşayış yerlərinə raket-artileriya zərbələri endirməkdə davam edir, insan tələfatı hər gün artır, çox sayda evə və mülki obyektə ciddi ziyan dəyir. Təəssüflə qeyd edirik ki, yaralılar və həlak olanlar arasında məcburi köçkünlər də var.
Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi, ATƏT-in Minsk qrupu münaqişənin dinc vasitələrlə həll edilməsi üçün indiyədək heç bir təsirli tədbir görməyiblər. Buna görə də Azərbaycan dövləti təcavüzkarı sülhə məcburetmə tədbirləri görməyə başlayıb və qısa müddətdə bir sıra əraziləri işğaldan azad etməyə nail olub.
Dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı, onların rəy və təklifləri, beynəlxalq təcrübə nəzərə alınmaqla “Böyük Qayıdış” proqramı hazırlanıb. Artıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və Tərtər rayonunun Şıxarx qəsəbəsində bu proqram icra edilib. Tezliklə, işğal altında olan ərazilərimizin azad ediləcəyinə və bu Dövlət Proqramının icrasının bütün rayonlarımızı əhatə edəcəyinə əminik.
Sonda iştirakçıların Azərbaycanın həyata keçirdiyi əks-həmlə əməliyyatı və dünyanın digər ölkələrinə aid beynəlxalq siyasət və humanitar hüquq məsələləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
İnkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin ADA Universiteti ilə birgə həyata keçirdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” (“Advanced foreign service program for foreign diplomats") ixtisasartırma kursu çərçivəsində təşkil olunmuş mühazirə saatında Niger, Madaqaskar Respublikası, Qvineya, Qana, Mavritaniya, Burkino Faso, Misir, Cibuti, Qambiya, Kamerun, Ekvatorial Qvineya, Mavritaniya, Benindən olan diplomatlar iştirak ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar