Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mardakert qanlı sıyığa dönüb, kömək gəlmir... - Erməni hərbçi

Tarix: 08-10-2020 14:49     Baxış: 4184 A- / A+
Mardakert qanlı sıyığa dönüb, kömək gəlmir... - Erməni hərbçi

Rus müxbir separatçıların İrəvana qaçdığını, ermənilərin Qarabağda ağır duruma düşdüyünü yazır

Manevr.az musavat.com-a istinadən xəbər verir ki, Rusiyanın Znak.com saytında Qarabağda gedən əməliyyatlarla bağlı yazı reportaj dərc olunub. Reportajda ermənilərin Qarabağda, xüsusən Xankəndində ağır duruma düşdüyü əksini tapır.

Reportajda bildirilir ki, Dağlıq Qarabağda havalar soyumağa başlayıb və işıq, qaz təchizatı tamamilə yoxdur, artıq Xankəndində bəziləri evini isitmək üçün mebellərini söküb yandırır, işıq kimi isə şamlardan istifadə edirlər.

Müəllif qeyd edir ki, Xankəndində rabitə yoxdur, çünki işıq olmadığından mobil telefonların batareyası tükənib, habelə mobil operatorlar çalışa bilmir.

Yazıda bildirilir ki, Xankəndində və digər bölgələrdə ərzaq çatışmazlığı yaranıb, mağazalar işləmir:

“Münaqişə zonasında demək olar ki, bütün avtomobillər və mikroavtobuslar Xankəndindan əhalinin köçürülməsinə cəlb edilib, amma yenə də nəqliyyat çatmır – bəziləri günlərlə öz növbəsini gözləyir”.

Reportyor ermənilərin döyüşmək istəmədiklərini vuröulayıb və buna dair rastlaşdığı hadisəni nəql edib:

“Hərbçilərdən biri Xankəndində sığınacaqda oturanlara irad bildirir: “Nə oturmusuz burada? Durun cəbhəyə gedin, orada əməlli başlı qırğındı, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”

Alik adlı hərbçinin Znak.com-un müxbirinə dediklərindən:

“...Mardakert (Ağdərə - red.) qanlı sıyığa dönüb! Bizə kömək gəlmir, hər yer yanır, hava ilə bizə göndərilən heç nə gəlib çatmır, göydəcə parça-parça edilir”.

Xankəndinin sakinləri rus reрortyora bildiriblər ki, yaranmış vəziyyətdə əhali şəhərin 300 km-likdə yerləşən Yerevana axışır: “Onların bir çoxunun Yerevanda qohumları və ya dost-tanışları yaşayır”.

Müxbir yazır ki, hətta bir çox ermənilər heç Ermənistanda da qalmaq istəmir – xarici ölkələrə çıxıb getməyə çalışırlar.

Məqalədən bəlli olur ki, separatçılar əhalinin Ermənistana axınının qarşısını almaq üçün məhdudiyyətlər qoymağa çalışır. Çağırış yaşında olan kişilərin Qarabağı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulsa da, insanlar müxtəlif yollarla buranı tərk edir. Qalanlara isə Azərbaycan əsgərlərinin bu əraziləri nəzarətə götürməməsi üçün dua etmək qalır. “Biz Allaha yalvarırık ki, kimsə onları dayandırsın” - deyə, Xankəndi sakinlərindən biri bildirib.

Manevr.az
Mardakert qanlı sıyığa dönüb, kömək gəlmir... - Erməni hərbçi
Mardakert qanlı sıyığa dönüb, kömək gəlmir... - Erməni hərbçi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar