Sizin Reklam Burada
Xəbər lenti
16-04-2024
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

İranlı professor: Beynəlxalq sənədlər ərazilərin Azərbaycana aid olduğunu deyir

Tarix: 08-10-2020 10:49     Baxış: 3135 A- / A+
İranlı professor: Beynəlxalq sənədlər ərazilərin Azərbaycana aid olduğunu deyir


BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi başda olmaqla, digər beynəlxalq təşkilatların qətnamə və sənədləri Dağlıq Qarabağ və ətraf 7 rayonun Azərbaycana aid olduğunu açıq-aşkar şəkildə qeyd edir.

Manevr.az
xəbər verir ki, bunu trend-ə açıqlamasında beynəlxalq hüquq məsələləri üzrə iranlı professor Yusif Movlayi deyib.

Y.Movlayinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrində (822, 853, 874, 884) Ermənistandan dərhal Azərbaycana aid işğal olunmuş ərazilərdən çıxması tələb olunub. Eyni zamanda Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşması, mülki əhalini qətlə yetirməməsi istənilib.

Movlayi deyib ki, istisna olmadan bütün beynəlxalq sənədlər Ermənistanın işğalçı olduğunu bildirir və bu ölkənin Dağlıq Qarabağdakı hərəkətlərini məhkum edir.

Movlayi əlavə edib ki, BMT Baş Assambleyası da Ermənistan əleyhinə qətnamə təsdiqləyərək bu ölkəni təcavüzkar adlandırıb və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edib.

İranlı professor qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı, NATO, ATƏT Ermənistanın işğalçılığını qınayan bəyanatlar verib.

"Bütün bunlara baxmayaraq, təcavüzkarın işğal olunan ərazilərdən çıxmağa məcbur edilməsi üçün heç bir beynəlxalq mexanizm yoxdur və buna görə, Dağlıq Qarabağ münaqişəsi həll edilməyib” –deyə o qeyd edib.

Movlayi deyib ki, Ermənistanın Dağlıq Qarabağ haqda hər hansı iddiası ola bilməz. Çünki ümumiyyətlə orada erməni olmayıb.

İranlı professorun sözlərinə görə, 1918-ci illərdə Dağlıq Qarabağın əhalisinin 70-80% azərbaycanlılar olub. Ermənilər sonradan Qarabağa köçürülüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar