Xəbər lenti
Ermənipərəst partiyaların qətnamə planı puça çıxdı
Oktyabrın 7-də Niderland Parlamentinin anti-miqrant, anti-müsəlman və anti-türk mövqeyində olan və Ermənistan maraqlarını dəstəkləyən 2 partiya tərəfindən (“Xristian Demokratik Çağırış” partiyasının nümayəndəsi Martin van Helvert və “Xristian İttifaqı” partiyasının nümayəndəsi Joel Voordevind) Azərbaycan işğal olunmuş ərazilərində gedən son hərbi əməliyyatlar ilə əlaqədar ölkəmiz əleyhinə qətnamələrin qəbulu təşəbbüsü ilə çıxış ediblər.
İrəli sürülmüş layihədə Azərbaycanın dövlət və hökumət rəhbərliyi, Niderland-Azərbaycan iqtisadi əməkdaşlıq əleyhinə sanksiyanın tətbiqi, o cümlədən Azərbaycana guya Yaxın Şərq ölkələrindən gəlmiş döyüşçülərin iştirakı ilə bağlı araşdırmanın aparılması və Azərbaycan tərəfindən atəşkəsin bərpa edilməsi tələbi ilə çıxış edən deputatların təklifləri yer almışdır.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi tərəfindən milliyyətçi və irqçi mövqeyi ilə seçilən bu kimi deputatlara etiraz məktubları göndərilib və Azərbaycanın 30 ilə yaxın təcavüzə məruz qaldığı bildirilib. Eyni zamanda Azərbaycan icması vasitəsilə parlamentə qarşı etiraz kampaniyası təşkil edilib. Nəticə olaraq, qəbul olunmuş ümumi qətnamədə Azərbaycanın əleyhinə hər hansı bir sanksiya tətbiq edilməyib.
Əlavə olaraq bu kimi qətnamələrin qəbul edilməməsində əslən türkiyəli Niderland vətəndaşı, “Denk” partiyasından olan deputat Tunahan Kuzunun xüsusi rolu olub. Belə ki, parlamentdə haqlı və ədalətli mövqe tutan T.Kuzu Ermənistanın Azərbaycanın ərazisini işğal etdiyini və bu barədə BMT TŞ-ın 4 qətnaməsinin olduğunu bildirib, Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edib və bu mövqe parlamentin son qərarına öz töhfəsini verib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar