Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Tələbələrimiz düşmənlə info-savaşa girdi

Tarix: 06-10-2020 13:38     Baxış: 3202 A- / A+
Tələbələrimiz düşmənlə info-savaşa girdi

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin təşəbbüsü ilə “Qarabağ Azərbaycandır” adlı platforma yaradılıb.

Manevr.az xəbər verir ki, platformanın yaradılmasında məqsəd işğalçı ölkə Ermənistanın yaydığı yalan məlumatların qarşısını almaq, informasiya sahəsində düşmənə qarşı mübarizə aparmaq və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etməkdir.

BMU tələbələri işğalçı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin, Qarabağ həqiqətlərinin sosial şəbəkələrdə müxtəlif dillərdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak edirlər. Platformanın idarəetmə qrupu 12, üzvləri minlərlə tələbədən ibarətdir. BMU tələbələri ilə bərabər ADA, Bakı Dövlət Universiteti, Xəzər Universitetinin tələbələri də aktivlik nümayiş etdirirlər.

Platforma ölkəmizdə düşmənin informasiya müharibəsinə qarşı könüllü şəkildə fəaliyyət göstərən ən böyük şəbəkələrdən biridir.

Qeyd edək ki, “Əl-Cəzirə” televiziya kanalının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı reportajda BMU tələbələrinin sözügedən fəaliyyəti işıqlandırılıb./kult.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar