Xəbər lenti
Vicdan məhbusu karserə salınıb
2 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan bloger Rəşad Ramazanov "karser"ə salınıb.
Manevr.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Bəşir Süleymanlı özünün "facebook" səhifəsində məlumat yayıb.
Hüquq müdafiəçisi yazır: "Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova bu gün səhərdən 2 Saylı Cəzaçəkmə Müəssisəsində onunla görüşməyə cəhd etsə də, görüş verilməyib və 15 günlük karsa salındığı bildirilib”.
Hüquq müdafiəçisi daha sonra Rəşad Ramazanovun karsa salınmasının səbələrinə toxunub: "Həyat yoldaşı Könül xanım bildirib ki, Rəşada xaricdən gələn açıqcaları verməkdən imtina ediblər. O da buna etirazını bildirib. Ola bilsin ki, karsa da bu səbəbdən salınıb”.
Bəşir Süleymanlı statusunda onu da qeyd edir ki, Cəzaçəkmə Müəsisəsinin rəhbərliyi bununla bağlı heç bir açıqlama vermir.
2013-cü il mayın 9-da həbs olunan bloger Rəşad Ramazanov narkotik ittihamı ilə 9 il azadlıqdan məhrum edilib.
Blogerin "facebook"da Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlər etdiyinə görə həbs olunduğunu bildirir.
"Amnesty İnternational" beynəlxalq hüquq müdafiə təşkilatı Rəşad Ramazanovu "Vicdan məhbusu” elan edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar