Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Pandemiya şərtlərindən əziyyət çəkmiş ailələrə sosial yardım verilib

Tarix: 06-10-2020 09:55     Baxış: 2228 A- / A+
Pandemiya şərtlərindən əziyyət çəkmiş ailələrə sosial yardım verilib


Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkili” layihəsi çərçivəsində pandemiya şərtlərindən əziyyət çəkmiş ailələrə sosial yardımlar paylayıb.
Layihənin koordinatoru, MİTD İB sədri Müşfiq Ələsgərli bildirib ki, sosial paketlərdə ərzaq məhsulları, gigiyenik vasitələr və tibbi ləvazimatlar olub. Sosial yardım proqramı 30 ailəni əhatə edib. Ailələr Masallı və Cəlilabad rayonlarının sakinləri sırasından müəyyənləşdiriliblər.

Məlumat üçün bildirək ki, “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkili” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin məqsədi COVİD-19 pandemiyasının şərtləri altında nikah aktlarını təxirə salan, gözləmə mövqeyi tutan şəxslər üçün konsultativ yardımlar təşkil etməkdir. Belə şəxsləri yeni dövrün şərtlərinə uyğun formalaşdırılmış nikah mərasimləri formaları ilə tanış etmək, bu yolla, nikah proqramlarını yeni dövrün şərtlərinə uyğunlaşdırmağa sövq etməkdir. Nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır. Mütəxəssislərin, ekspertlərin bu yöndə təklif və tövsiyyələrinin ictimailəşdirməsi, cəmiyyətə çatdırılması və dərk edilməsi üçün KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir. Layihənin məqsədlərindən biri KİV-lərin bu sahədə rolunun stimulaşdırılmasından ibarətdir.

Taleh Shahmemmedli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar