Xəbər lenti
Çavuşoğludan SON DƏQİQƏ Qarabağ açıqlaması: NATO dərhal Ermənistana...
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ermənistana Azərbaycan torpaqlarından çıxması üçün çağırış etməlidir.
Manevr.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında səsləndirib.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çıxış edən nazir Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə hücumlarını sərt dillə qınayıb: “Ermənistanın dinc əhalisini hədəf alması yeni hadisə deyil. Xocalıda 630-dan çox insan vəhşicəsinə qətl edilmişdi. İyul ayında Ermənistan yenə mülki əhalini hədəf almışdı. İndi isə münaqişə bölgəsində həm hərbi, həm də mülki şəxslərə hücumlar təşkil olunur. Uşaqlar daxil olmaqla, bir çox dinc insan həlak olub. Son günlərdə Ermənistan Gəncə, hətta paytaxt Bakıya raket zərbələri endirməyə başlayıb. Azərbaycan isə öz torpaqlarında mübarizə aparır. Öz torpaqlarını terrorçu və işğalçılardan azad etmək üçün döyüşür. Burada hər kəs Azərbaycana dəstək verməlidir. Amma beynəlxalq qurumlar Ermənistanı dəstəkləyən açıqlamalar verir. NATO Ermənistana geri çəkilmə çağırışı etməlidir”.
NATO-nun Baş katibi isə Ermənistanla bağlı suala “atəşkəs elan edilməlidir” cavabını verməklə kifayətlənib. O qeyd edib ki, Türkiyə Qarabağda atəşkəs elan edilməsi üçün regional nüfuzundan istifadə etməlidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar