Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əmin ola bilərsiniz ki, bu hücumlar cavabsız qalmır - Prezidentin köməkçisi

Tarix: 04-10-2020 14:34     Baxış: 3236 A- / A+
Əmin ola bilərsiniz ki, bu hücumlar cavabsız qalmır - Prezidentin köməkçisi

Ermənistan siyasi rəhbərliyinin Azərbaycana qarşı müharibə və hərbi cinayətləri davam etməkdədir. Bu gün Gəncə, Füzuli, Horadiz, Beyləqan və Tərtər şəhərlərinə hücumlar edilib.

Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib:

"Ermənistanın mülki obyektləri hədəfə almaqda məqsədi düşünülmüş hərbi strategiyadır. Uzun müddət ərzində Ermənistan tərəfindən bu praktika tərtib edilir. Hücumlar nəticəsində Azərbaycanın müxtəlif şəhər və məntəqələrinə 10 mindən artıq mərmi atılıb. Ermənistan silahlı qüvvələri və siyasi rəhbərliyi kütləvi şəkildə Azərbaycanın şəhər və rayonlarını bombalamağa davam edirlər. Bu, onların təcavüzkarlıq siyasətinin tərkib hissəsidir. Buna görə də, Ermənistan Respublikası kütləvi şəkildə insanların yaşadığı yerlərdə bu addımları ataraq Ermənistanın terrorçu dövlət olduğunu göstərir. Əmin ola bilərsiniz ki, Azərbaycan tərəfindən bu kimi hücumlar cavabsız qalmır və düşmənə adekvat cavablar verilir".

H.Hacıyevin sözlərinə görə, "Azərbaycanın işğal olunmuş ərazilərinin düşməndən azad olunması istiqamətində səylər davam etdirilir. Ermənistan siyasi rəhbərliyinə mesaj verildi ki, mülki əhalinin vurulmasından uzaq dursunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri isə dəqiq raket zərbələri həyata keçirirlər. Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri Ermənistanın öz ərazisindən həyata keçirilir. Ermənistanın işğal olunmuş ərazilərində hərbi mövcudluğu bütün region üçün təhlükə mənbəyidir".

O bildirib ki, Tərtər, Horadiz, Ağdam rayonunun sakinləri qorxmadan Ermənistanın hücumları qarşısında sinə gərirlər: "Bunların hamısı sənədləşdiriləcək və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaqdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar