Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İlham Əliyevin qurduğu peşəkar ordu ilə fəxr edirəm” — Türkiyəli general

Tarix: 04-10-2020 10:39     Baxış: 4231 A- / A+
“İlham Əliyevin qurduğu peşəkar ordu ilə fəxr edirəm” — Türkiyəli general

Prezident İlham Əliyevin 1990-ci illərdə sıfır səviyyəsində olan Azərbaycan Ordusunu indiki mükəmməl Silahlı Qüvvələrə çevirməsindən qürur duyuram və buna görə Ali Baş Komandanımıza dərin minnətdarlığımı ifadə edirəm. Son günlərdəki proseslər bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu texniki təchizatına, kadr potensialına və hərbçilərin ruh yüksəkliyinə görə böyük və dinamik inkişaf mərhələsi keçib. Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşməsi bu gücü daha da artırır.

Manevr.az xəbər verir ki, bu fikirləri azərtac-a açıqlamasında istefada olan general Yücel Karauz bildirib.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin acı nəticələrini, Xocalı soyqırımının dəhşətlərini, təcavüzkar tərəfin Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialarını sülhsevər dünya ictimaiyyətinə qarşı həyasız təhdid kimi dəyərləndirən general Yücel Karauz deyib:

“Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi həm müasir dövrdə qarşılaşdığımız problemin həlli üçün əsaslı zəmin yaratdı, həm də erməni riyakarlığının tarixi saxtalaşdırmaq cəhdlərinə aydın şəkildə işıq saldı. Ermənilərin Osmanlı dövlətinə qarşı xəyanətləri və üsyanları ilə Ermənistanın Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasətinin nəticələri tam şəkildə bir–birinə bağlıdır.

İstər iyulun 12-dəki Tovuz təxribatları, istərsə də sentyabrın 27-də düşmənin yeni hücum cəhdləri Ermənistanın Azərbaycana qarşı çoxtərəfli təcavüzkar siyasətinin tərkib hissəsi idi. Azərbaycan dövləti işğal altındakı torpaqlarını beynəlxalq hüquqa uyğun olaraq azad etmək üçün hərəkətə keçib.

Geriyə yol yoxdur. Burada bir sıra qürurverici amilləri sadalamaq istəyirəm. Əvvəla, Azərbaycanın Ordusu bütün əməliyyatları yüksək peşəkarlıq və humanizm qaydalarına uyğun həyata keçirir. Bu prinsiplər düşmən tərəfin mülki əhalisinə zərər vurmamaq və öz şəxsi heyətini itkilərdən qorumağı özündə ehtiva edir.

Təcavüzkar Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə almasını beynəlxalq konvensiyalara zidd və hiddətləndirici hal kimi dəyərləndirən general Yücel Karauz bildirən: “Azərbaycan Ordusu ötən bir həftədə iki mühüm hədəfə nail olub. Birincisi, düşmənin müdafiə xətti kökündən sarsıdılıb və işğalçıda inamsızlıq yaranıb. İkincisi isə az itki ilə strateji mövqeləri işğaldan azad edib”.

Yaşadığımız günləri Vətənin bütövlüyünün təməli kimi dəyərləndirən general Yücel Karauz qeyd edib:

“Zəfər günü yaxındadır. Bu qələbəni rəşadətli Azərbaycan Ordusu qazanacaq. Türkiyə dövləti və xalqı olaraq hər birimiz Azərbaycanın gələcək qələbəsini təbrik edir və bir daha deyirik: “Can Azərbaycanın yanındayıq!”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar