Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq nazir orduya iki avtomobil hədiyyə etdi - ŞƏKİL

Tarix: 03-10-2020 15:14     Baxış: 4198 A- / A+
Sabiq nazir orduya iki avtomobil hədiyyə etdi - ŞƏKİL


Qərbi Kaspi Universiteti Dövlət Sərhəd Xidməti Qoşunlarına 2 avtomobil hədiyyə edib.

Bununla bağlı məlumat universitetin saytında yerləşdirilib:

"Məlumdur ki, işğalçı öz təcavüzkar hərəkətlərini yalnız cəbhə xəttində deyil, sərhədçilərimizin keşiyini çəkdiyi, cəbhə xətti olmayan - iki dövlətin sərhəd bölgələrində də davam etdirir və sərhədçilərimiz düşmənin təcavüzünü dəf edərək, ona layiqli cavab verir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki bazası kifayət qədər komplektləşdirilib. Ancaq bu gün hər birimiz ordumuzun yanında olmalı, ona dəstəyimizi ifadə etməliyik. Bu məqsədlə Qərbi Kaspi Universiteti 2 ədəd – 99 AR 759 dövlət nömrə nişanlı VAZ 21213 (“Niva”) markalı, 10 PT 154 dövlət nömrə nişanlı Nissan Navarra (“Pickup”) markalı avtomobili Dövlət Sərhəd Xidmətinə cəbhə bölgəsində istifadə üçün hədiyyə olaraq təqdim edib.

Ümid edirik ki, bu kiçik hədiyyə Tovuzda, Daşkəsəndə, Gədəbəydə çətin keçilən dağlıq ərazilərdə düşmən artilleriyasının altında sərhədlərimizi qoruyan sərhədçilərimizə az da olsa, kömək edəcək.

İnanırıq ki, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğalçı Ermənistanın növbəti təcavüzünə cavab olaraq başlatdığı əks-həmlə əməliyyatları nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunacaq, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacaq və Azərbaycan dövlətinin bütün sərhədləri tam şəkildə nəzarətə götürüləcək.

Səninləyik Ali Baş Komandan! Səninləyik Azərbaycan Əsgəri!" - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti) 1991-ci ildə Hüseyn Bağırov tərəfindən təsis edilib. Hazırda o, universitetin Qəyyumlar Şurasının sədridir və həmin universitetdə pedaqoji fəaliyyətlə məşğuldur.

Hüseyn Bağırov 2001-2018-ci illərdə Ekologiya və Təbii Sərvətlər naziri olub.

Sabiq nazir orduya iki avtomobil hədiyyə etdi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar