Xəbər lenti
Elşad Barat: "Hamımız müharibə şərtlərinə əməl etməliyik"
"Biz o qədər vətən həsrəti çəkmişik ki, bircə qarış torpağın azad olunmasını eşidəndə hədsiz sevinirik. Artıq bir neçə kəndimiz və əhəmiyyətli yüksəkliklər azad olunub. O kəndlərin dağlarına sarılıb sevincdən ağlamaq istəyirik, otuna, qanqalına yalvarmağa hazırıq. Bu, vətən həsrətidir. Həm də vətən eşqi, milli ruh, vətənpərvərlik hissidir. Döyüş ruhumuz isə Qərbi Azərbaycanın son qarışına qədər uzanır".
Bu sözləri Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri, yazıçı Elşad Barat hazırda cəbhə bölgəsində şanlı ordumuzun apardığı uğurlu əks hücum əməliyyatlarına münasibət bildirərkən deyib.
E.Barat bildirib ki, vətən üçün ölməyə də, öldürməyə də hər an hazır olmalıyıq: "Məşhur şeirdə deyildiyi kimi, mən onu biraz dəyişib belə deyərdim, torpaq, uğrunda ölürəmsə, vətənimsən. Bəli, vətəni vətən edən onun uğurunda ölmək və yaşamaqdır. 27 ildir sülh yolu ilə torpaq istəyirik, verən yoxdur. Müharibədirsə, müharibə. Sona qədər getməliyik. Bu yolda ölüm var, amma ayrılıq yoxdur. 30 ilə yaxındır ki, sülh istəyirik, atəşkəs deyirik, amma bir tərəfdən də şəhidlər veririk, itgilərimiz çoxalır. Mənim əsgərim “atəşkəs” dediyimiz bu illər ərzində şəhid olub, amma torpağım qayıtmayıb. Qoy, birdəfəlik şəhid olaq, başda mən özüm, torpaqlarımızdan murdar ermənilərin ayaq izlərini öz qanımızla yumalıyıq. Sənətindən, peşəsindən, yaşından, siyasi baxışından asılı olmayaraq hər birimiz vətən üçün ölməyə də, öldürməyə də hazır olmalıyıq".
Elşad Barat daha sonra əlavə edib ki, söhbət vətən torpağından gedirsə, hamımız bir nəfər kimi dövlətimizin və ordumuzun yanında olmalıyıq: "Bir də görürük ki, sosial şəbəkələrdə ordumuzun çıxdığı bu müqəddəs yola, müqəddəs anda dil uzadan insanlar peyda olur. Mən bu adamların azərbaycanlı olduqlarına şübhə edirəm. Guya bunlar "müharibəyə yox deyən düşüncə" adamlarıdır. Elə isə bu adamlar Xocalı soyqırımına nə deyir? Hələ məzar torpağı qurumamış 77 yaşlı kişinin evində oturub yemək yediyi anda öldürülməsinə, 2 yaşlı Zəhranın güllələnməsinə, ikisi məktəbli olmaqla bir ailənin büş üzvünün qətlə yetirilməsinə, 27 ildə verdiyimiz bütün itkilərə, külli Qarabağ şəhidlərinə nə deyir? Onda "humanist ziyalı" damarları tutmamışdı? Söhbət vətəndən gedirsə, kimsə özünü ağıllı hesab etməsin. Müharibədə qalib gəlmək, torpaqlarımızı işğaldan azad etmək istəyiriksə hamımız dövlətimizin, millətimizin yanında yumruq kimi birləşməli, ordumuza dəstək olmalı, verilən ümumi qərarlara, müharibə şərtlərinə əməl etməliyik. Bu, bizim ilk öncə vətəndaşlıq borcumuzdur. Tanrı əsgər və zabitlərimizi qorusun!"
Ümid Partiyasının Mətbuat Xidmət
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar