Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

İran XİN TƏKZİB ETDİ: Heç vaxt icazə verməmişik

Tarix: 30-09-2020 20:50     Baxış: 4191 A- / A+
İran XİN TƏKZİB ETDİ: Heç vaxt icazə verməmişik


“İran öz sərhədlərindən malların keçməsini diqqətlə izləyir və heç vaxt silah və sursatın öz ərazisindən keçməsinə icazə verməyib”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib və İran ərazisindən Ermənistana silah göndərilməsi haqqında xəbərləri təkzib edib.

Onun sözlərinə görə, İran və qonşu ölkələr arasında yüklərin və qeyri-hərbi malların daşınması adi rejimdə davam edir.

Xətibzadə vurğulayıb ki, bütün yüklər qeyri-hərbi əhəmiyyətlidir.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə İran ərazisindən Ermənistana silah daşınmasını əks etdirən videomateriallar yayılıb. Materiallarda soydaşlarımız tərəfindən buna etiraz olaraq dünən gecə saatlarında daşınmanı həyata keçirən həmin yük avtomobillərinin yandırıldığı bildirilir.

Azərbaycan ictimaiyyəti də bu kimi halların qonşuluq, dostluq münasibətlərinə, İslam həmrəyliyi prinsiplərinə zidd olduğu barədə fikirlər irəli sürüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar