Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"AST Telman" rəsmən müflis elan edildi

Tarix: 24-01-2017 09:16     Baxış: 2304 A- / A+
"AST Telman" rəsmən müflis elan edildi


Moskva Dairə Arbitraj Məhkəməsi iş adamı Telman İsmayılovun müflis elan edilməsi ilə bağlı qərardan şikayətinə baxmaqdan imtina edib. Hakimlər bildiriblər ki, Çerkizovo bazarının keçmiş sahibi aşağı instansiya məhkəmənin qərarından şikayəti vaxtında verə bilməyib.

“RİA Novosti” xəbər verir ki, Arbitraj məhkəməsinin bildirdiyinə görə, İsmayılov şikayət ərizəsini noyabr ayının 24-nə kimi təqdim etməli idi. Sənədlər isə məhkəməyə yaknız dekabrın 28-də daxil olub. İş adamının gecikməni izah etmək üçün göstərdiyi səbəbləri məhkəmə üzrlü hesab etməyib.

Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu “VTB Bank”ın iddia ərizəsi əsasında verilib.

2015-ci ilin dekabr ayında Moskva vilayətinin Arbitraj Məhkəməsi kreditor Boris Zubkovun ərizəsi əsasında baxılan işin yekununda Telman İsmayılovu artıq müflis elan etmişdi. Lakin 2016-cı ilin martında bu qərar apellyasiya məhkəmısində ləğv olunmuşdu. Sonradan bu qərardan Telman İsmayılov Ali Məhkəməyə də şikayət ərizəsi vermişdi.

2007-ci ildə İsmayılovun təsis etdiyi “AST” qrupuna daxil olan təxminən 30 şirkətin illik dövriyyəsi, iş adamının öz sözlərinə görə, 3 milyard dollara bərabər idi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar