Xəbər lenti
Komendant saatı elan olunan şəhər və rayonlar açıqlandı - SİYAHI
Azərbaycan Respublikası ərazisində tətbiq ediləcək hərbi vəziyyət dövründə vətəndaşlar xüsusi icazə əsasında küçələrə çıxa biləcək.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndi və 111-ci maddəsi rəhbər tutularaq, ölkə başçısı tərəfindən bu qərar verilib:
“Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal etməsi və Azərbaycan Respublikasına qarşı silahlı hücumları və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar 2020-ci il 28 sentyabr tarixində saat 00:00-dan respublika ərazisində hərbi vəziyyət elan olunub”.
Hərbi vəziyyətin təmin edilməsi məqsədilə “Hərbi vəziyyət” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan tədbirlər həyata keçiriləcək:
“Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax, Ağstafa rayonlarında hərbi vəziyyət dövründə axşam saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq ediləcək.
Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçədə və digər ictimai yerlərdə olması qadağan edilib”. oxu.az
Manevr.az 9
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar