Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Kafe və restoranlar yenidən bağlanacaq?

Tarix: 26-09-2020 04:30     Baxış: 3217 A- / A+
Kafe və restoranlar yenidən bağlanacaq?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektlərinin yenidən bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əgər koronavirusa yoluxma sayı kəskin artsa, idarəolunmaz səviyyəyə gəlib çatsa, sağalma sayını kəskin üstələsə, bu zaman müəyyən məhdudlaşmaların tətbiqi gözlənilə bilər: "Düzdür, artıq bütün dünya ölkələri kimi, Azərbaycan da virusla mübarizədə yeni təcrübələr əldə edib. Yeni təcrübələr də əsas verir ki, daha az məhdudlaşmaya getməklə tənzimləmə mümkün olsun.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son göstərişində məsələ bundan ibarətdir ki, sosial məsafə gözlənilsin, maskadan istifadə olunsun və şəxsi gigiyena qaydalarına riayət edilsin. Bütün bunlar məsələnin böyük hissəsini həll edir. Əgər hər kəs öz üzərinə düşən vətəndaş məsuliyyətini yerinə yetirsə, yoluxma sayı da azalacaq, eyni zamanda məhdudlaşmaların tətbiqinə zərurət də olmayacaq. Məsələyə yeni əldə edilmiş təcrübə ilə daha liberal yanaşıla bilər, amma burada son sözü Nazirlər Kabineti və Operativ Qərargah deyir”. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar