Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutuna 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) 2020/2021-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub.
Aİİ-yə ödənişsiz əsaslarla həyata keçirilən qəbulda Dinşünaslıq ixtisası üzrə 36, İslamşünaslıq ixtisası üzrə 36 nəfər olmaqla, ümumilikdə, 72 abituriyentin qəbulu baş tutub. 2020/2021-ci tədris ili üzrə Dinşünaslıq ixtisasına minimum keçid balı 305, İslamşünaslığa isə 218 olub.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutuna qəbul olan abituriyentlərin qeydiyyatı 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək elektron qaydada aparılacaq. Qeyd olunan sənədlər (https://bit.ly/3cserb9) skan olunaraq elektronlaşdırılmalı və qebul@ait.edu.az elekton poçt ünvanına göndərilməlidir.
Məlumat üçün bildiririk ki, 2020/2021-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna qəbul olub, amma qeydiyyatdan keçməyən abituriyentlər ixtisasları üzrə təhsil almaqdan imtina etmiş sayılırlar.
Nəzərə çatdırırıq ki, Azərbaycan İlahiyyat İnstitutu 2020/2021-ci tədris ili üzrə tələbə qəbulunu həyata keçirib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə – Dinşünaslıq və İslamşünaslıq ixtisasları üzrə aparılıb.
Əlavə suallarla bağlı aşağıdakı nömrələrlə (şənbə, bazar günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək) əlaqə saxlamaq mümkündür: (012) 510 65 45; 510 39 61 və (077) 457 77 32.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « Sentyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 | ||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































