Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəb direktoru olmaq istəyənlərlə bağlı YENİ XƏBƏR

Tarix: 25-09-2020 18:38     Baxış: 4164 A- / A+
Məktəb direktoru olmaq istəyənlərlə bağlı YENİ XƏBƏR

Sentyabrın 28-dən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start veriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.

Müsabiqəyə elektron sənəd qəbulu mərhələsi sentyabrın 28-dən oktyabrın 2-dək, test imtahanı mərhələsi oktyabr ayının birinci yarısında, müsahibə mərhələsi noyabr-dekabr aylarında, vakansiyalara yerləşdirilmə isə 2021-ci ilin yanvar ayında həyata keçiriləcək.

Qeyd edək ki, direktorların işə qəbulu imtahanları ənənəvi olaraq, Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID -19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə ilə bağlı hər hansı sual yarandığı təqdirdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +99470 248 19 92 “Whatsapp” nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar