Xəbər lenti
Ukraynada ikinci dalğa başladı - Zelenskidən pandemiya açıqlaması

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsində COVID-19 pandemiyasının ikinci dalğasının başladığını bildirib.
“Ukrinform” xəbərinə görə, bu barədə V. Zelenski Slovakiya Prezidenti Zuzana Çaputova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Pandemiyanın birinci dalğasında, yazda 40 milyon əhalisi olan Ukraynada gündəlik 100-300 yoluxma halı qeydə alınırdı. Bu gün bizdə gündəlik 3 000 yeni yoluxma qeydə alınır. Çox təəssüf ki, Ukrayna pandemiyanın ikinci dalğasını yaşayır”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
O qeyd edib ki, xarici ölkə vətəndaşlarının Ukraynaya girişinə qadağa qoyulub: “Biz həm ukraynalıların, həm də ölkəmizə gələn xarici vətəndaşların həyatını risk altında qoya bilmərik. Əlbəttə ki, vəziyyət sabitləşən kimi Ukrayna öz sərhədlərini açacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































