Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı vəziyyət daim nəzarətdədir - Diasporla İş üzrə Dövlət Komitəsi

Tarix: 23-09-2020 22:07     Baxış: 3191 A- / A+
Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı vəziyyət daim nəzarətdədir - Diasporla İş üzrə Dövlət Komitəsi


Bu ilin iyun ayında Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasından sonra saxlanılan vətəndaşlarımızın vəziyyəti daim Azərbaycan dövlətinin diqqətindədir.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat katibinin verdiyi məlumata görə, məlum hadisə zamanı saxlanılan – barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustaqlığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi öz imkanları və səlahiyyətləri daxilində müvafiq qurumlarla əməkdaşılıq çərçivəsində lazımi bütün addımları atır. Proses digər dövlət orqanları ilə informasiya mübadiləsi aparılmaqla daim nəzarətdə saxlanılır.

Komitənin məsul əməkdaşları Rusiyanın müxtəlif əyalətlərindən Dağıstan ərazisinə cəmlənmiş vətəndaşlarımızın ölkəyə qayıtmaq istəklərinin təmin edilməsinə dəstək vermək və qeyd edilən bu məsələ ilə əlaqədar dəfələrlə Dağıstana ezam olunub.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət qurumları vətəndaşlarımızın hüquqlarının qorunması, onların problemsiz ölkəmizə geri dönmələri üçün bundan sonra da lazım olan bütün zəruri tədbirləri həyata keçirəcək.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar