Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan hərbi əməliyyatlara başlasa, nəticə necə olacaq? - Rusiyalı siyasi texnoloqun proqnozu

Tarix: 23-09-2020 18:06     Baxış: 4225 A- / A+
Ermənistan hərbi əməliyyatlara başlasa, nəticə necə olacaq? - Rusiyalı siyasi texnoloqun proqnozu


Ermənistan genişmiqyaslı hərbi əməliyyatlara başlaması intihara meyilli avantüristlərə xas olan əlamətdir.


Manevr.az
bildirir ki, bunu trend-ə rusiyalı siyasi texnoloq Dmitri Solonnikov deyib.

Onun sözlərinə görə, müharibə təhdidi, ona nümayişkaranə hazırlıq, mümkün müharibə barədə söhbətlər - hələ müharibə demək deyil:

"Heç bir hərbi əməliyyat Ermənistan qoşunlarının qələbəsinə zəmanət ola bilməz. Azərbaycanın müasir, yaxşı hazırlıqlı və təlim keçmiş ordusu fonunda bu heç mümkün deyil. Başqa sözlə, münaqişəyə başlamağın yalnız bir yekunu ola bilər - Dağlıq Qarabağda və Azərbaycanın işğal altındakı digər rayonlarında mövqeləri itirmək".

D.Solonnikov bildirib ki, ATƏT Minsk Qrupu həmsədrlərinin işi çərçivəsində dəfələrlə münaqişənin tənzimlənməsinin dinc yollarının axtarıb tapılmasının zəruriliyi vurğulanıb.

O əlavə edib ki, KTMT-nin mövqeyi də münaqişənin kəskinləşməsini yumşaldır:

"KTMT-nin üzv ölkələri Yerevana açıq şəkildə bildiriblər ki, Tovuz istiqamətində erməni tərəfinin təşəbbüsü ilə vəziyyətin gərginləşməsi heç bir halda üzv dövlətlərdən birinə hücum zamanı digər üzv dövlətlərin birgə fəaliyyətini nəzərdə tutan maddə çərçivəsində qəbul edilə bilməz. KTMT-nin bu mövqeyi Ermənistan tərəfindən eşidilib və bu ölkənin ritorikası bir qədər dəyişib. Kollektiv təhlükəsizlik barədə müqavilə çərçivəsində bu mövqe dəyişməzdir və münaqişənin kəskinləşməsini yumşaldır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar