Xəbər lenti
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatında tədbir keçirilib -ŞƏKİLLƏR
6 aylıq fasilədən sonra Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatında görüş-müzakirə keçirilmişdir. Öncə bu yaxınlarda dünyasını vaxtsız dəyişmiş istedadlı şairə-jurnalist Nisə Heydərlinin (Qədirova) xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
COVİD-19 pademiyası səbəbindən tətbiq edilən qaydalara uyğun olaraq 10 nəfər Birlik üzvünün iştirak etdiyi tədbiri giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday açmış, müzakirə olunacaq məsələlər haqqında məlumat vermişdir.
İlk olaraq erməni vandallarının ölkəmizə qarşı yürütdüyü düşmənçilik siyasətinə və son dövrlərdə Tovuz rayonu istiqamətində törədilən təxribatlara münasibət bildirilmiş, Azərbaycan-Türkiyə birgə təlimləri müzakirə edilmiş, müzəffər Azərbaycan ordusunun düşmənə layiq olduğu cavabı verməyə hər an hazır olduğu dilə gətirilmişdir.
Tədbirdə eyni zamanda hərbi sirr sayıla biləcək informasiyaların, foto və videoların mətbuat səhifələrində və sosial şəbəkələrdə yayımlanmaması ilə bağlı jurnalistlərə və vətəndaşlara çağırış edilmişdir.
Sonra isə ikinci məsələ kimi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının qarşısında duran məsələlər müzakirə edilmişdir.
Müzakirələr ətrafında “Sumqayitfakt.Az” saytının rəhbəri, tanınmış jurnalist Namiq Dəlidağlı, veteran jurnalist Zümrüd Baloğlanova, “Yeganə yol” qəzetinin təsisçisi və baş redaktoru Firdovsi Cəfərxan, “Günəşli sabah” qəzetinin təsisçisi və baş redaktoru Aygün Hacıyeva, “Bahar” jurnalının təsisçisi və baş redaktoru Ruhiyyə Bahar, “Çeşmə” Ədəbi Məclisinin rəhbəri Lilpar Cəmşidqızı, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt Regional Bölməsinin sədri Qənirə Mehdixanlı, şair Süleyman Sərraf, “Sumqyitfakt.az” saytının əməkdaşları Sevinc Qərib, Natiq İsmayıloğlu və digərləri çıxış edərək mövzuya uyğun fikirlərini bildirmişlər.
Sonda Milli Mətbuatın 145 illiyi ərəfəsində şəhər rəhbərliyi tərəfindən təltif edilən, lakin pandemiya səbəbindən ünvanlarına çatmayan fəxri fərmanlar jurnalistlərə təqdim edilmiş, Birlik üzvlərinin il ərzində pandemiya səbəbindən keçirilməyən və qarşıdan gələn yubileylərinin təşkili, haqqı və əməyi olan jurnalistlərin təltif olunması üçün ölkə rəhbərliyinə təqdimatların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar