Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Müharibə ehtimalı çoxdur, amma olmayacaq - Politoloq

Tarix: 22-09-2020 09:11     Baxış: 4246 A- / A+
Müharibə ehtimalı çoxdur, amma olmayacaq - Politoloq

Biz qaçılmaz müharibəyə çoxdan hazırıq. Düşmən tərəf isə hələ cəbhədə postlara qoymağa əsgər axtarır.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Prezident İlham Əliyevin sentyabrın 19-da ölkə televiziyalarına müsahibəsindən sonra Azərbaycanın işğal altında saxlanan Qarabağ ərazisindəki qondarma qurumun “lideri” Araik Arutyunyanın İrəvana səfəri haqda danışarkən deyib.

Politoloq bildirib ki, Araik Arutunyanın Ermənistana və Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi mikroməqamlardır, lakin Ermənistanın təbliğatı makrogörüntü yaratmağa çalışır:

“Cənab Prezidentin özü də çıxışında bildirdi ki, Ermənistan ciddi müharibəyə hazırlaşır. Təbii ki, Ermənistan tək deyil, onları buna sövq edən, ruhlandıran 3-cü qüvvə var. Lakin Ermənistan hələ anlamır ki, regionda qüvvələr nisbəti çox dəyişib. Digər tərəfdən, regionda dominant qüvvə Azərbaycandır. Ermənistan tərəfi nə qədər PKK, ASALA və ya başqa muzdluları münaqişəyə cəlb etsə də, bu, qüvvələr nisbətini tarazlaşdırmaq üçün kifayət deyil.

Düşünürəm, hazırda müharibə ehtimalı çox yüksəkdir, amma müharibə olmayacaq. Çünki Qafqazda alovlanacaq kiçik qığılcım böyük alova çevrilə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar