Xəbər lenti
Səfərbərlik Xidmətindən əhaliyə MÜRACİƏT - VİDEO
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları planlı şəkildə hərbi təlimə çağırılırlar".
Manevr.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, mayor Füzuli İsmayılov deyib.
Onun sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifəsindən biri ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılmasıdır və bu, bundan əvvəlki dövrlərdə də həyata keçirilib:
"Hazırda da ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışları təşkil olunur və bu plan üzrə həyata keçirilir. Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər çağırılıb və hərbi hissələrə yola salınıb.
Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, bu yola salınma, hərbi təlim toplanışları, ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir. Bir daha qeyd edirik ki, bu təlim toplanışı plana uyğun şəkildə həyta keçirilir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar