Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Mətbuat Şurasından jurnalistlərə MÜRACİƏT

Tarix: 21-09-2020 14:24     Baxış: 3158 A- / A+
Azərbaycan Mətbuat Şurasından jurnalistlərə MÜRACİƏT

Azərbaycan Mətbuat Şurası jurnalistlərə müraciət edib.

Manevr.az müraciəti təqdim edir:

"Kütləvi informasiya vasitələrimiz Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki durumla bağlı məsələlərə böyük diqqət yetirirlər. Ümumən jurnalistlərimiz Dağlıq Qarabağ münaqişəsinə, onunla əlaqədar istənilən prosesə, yeniliyə, atəşkəsin pozulması hallarına və digər məqamlara maraq göstərirlər. Bu, onların təbiətindən irəli gələn xüsusiyyətdir. Media cəmiyyətin güzgüsüdür, cəmiyyət isə Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalına münasibətdə barışmazdır. Mövzunun həssaslığını şərtləndirən də budur.

Ancaq təəssüflə bildirməliyik ki, bəzi media orqanlarının cəmiyyətin həssas yanaşdığı taleyüklü məsələyə münasibəti heç də həmişə adekvat olmur. Qeyri-peşəkarlıq hallarını müşahidə edirik. Sosial şəbəkələrdə yayılmış və Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən vurulduğunu əks etdirdiyi bildirilən video görüntülərin ayrı-ayrı informasiya saytlarında yer alması da bu baxımdan xüsusi diqqət yetirilməli məsələdir.

Haqqında söz açdığımız görüntülər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən dövriyyəyə buraxılmamış müəyyən sosial şəbəkə istifadəçilərinin bu kimi çəkilişləri yayması isə hələ o demək deyil ki, görüntülər Ermənistana məxsus pilotsuz uçuş aparatının vurulduğu anın təsviridir. Belə hallarda dəfələrlə bildirmişik və yenə də vurğulayırıq ki, əldə edilmiş bilgilərin Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir. Bu, peşəkarlıq tələbidir. Media orqanı və jurnalist üçün sosial şəbəkədə yayılmış materialın dürüst mənbə ola bilmə mütləqliyi yoxdur.

Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları bu sayaq durumlara münasibətdə peşəkarlığı qorumağa, emosiyalara qapılmamağa, mənbənin dəqiqliyinə ciddi önəm verməyə, rəsmi qurumlara istinad etməyə çağırır. Unutmaq olmaz ki, müasir dövr üçün müharibənin informasiya cəbhəsi anlayışı aktualdır və bu cəbhədə ən xırda detal belə müstəsna əhəmiyyətə malikdir. Media orqanlarımızın, jurnalistlərimizin, cəmiyyətə informasiya verməyə məsul hər bir şəxsin məsələni nəzərə alması isə həm qanunlarımızın tələbidir, həm də böyük mənəvi məsuliyyətdir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar