Xəbər lenti
Əhəd Abıyev milyonluq mülklərinin olması iddialarına cavab verdi
Daşkəsən Rayon İcra Hakimiyyəti "Kanal13"də yayımlanan "Bumeranq" verilişində 17.09.2020-ci il tarixində efirə verilən "Masallının "kral"ı Əhəd Abıyevin topdağıtmaz nəhəng sərvəti: Hotellər, restoranlar, lüks villalar..." başlıqlı materialla bağlı təkzib yayıb.
Manevr.az musavat.com-a istinadən məlumatda vurğulanır: "Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı əsassız, qərəzli, uydurulmuş, heç bir həqiqətə uyğun olmayan, tam yalan məlumatlardan ibarət videoya münasibət olaraq bildiririk ki, bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə tərəfimizdən müraciət edilib".
Məlumatda bildirilir ki, adıçəkilən restoranların, otellərin, ticarət mərkəzlərinin, torpaq sahələrinin Əhəd Abıyevə heç bir aidiyyəti və onunla qətiyyən əlaqəsi yoxdur:
"Bu faktlardan biri təsdiqini taparsa, adıçəkilən əmlaklar notarial qaydada həmin şəxsə hədiyyə ediləcək. Hər il bayram tədbirlərində, ənənəvi olaraq, əsgərlərimiz tərəfindən xüsusi formada hazırlanmış Ermənistan bayrağı sındırılır. Bu kimi tədbirlərin birində isə əsgərlərimiz tərəfindən hazırlanan sözügedən bayrağı Əhəd Abıyev sındırdı. Həmin bayrağı Kolumbiya bayrağına bənzədənlər isə, deməli, ermənilərin dostudur.
Bilərəkdən, məkrli niyyətlə aparıcı Arzu Sayadoğlunun təqdimatında hazırlanmış şər-böhtan xarakterli məlumatları özündə ehtiva edən qərəzli video ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin işgüzar nüfuzunu ləkələməyə çalışırlar. Birmənalı olaraq bildiririk ki, ictimai fikri çaşdıran bu videodakı məlumatların heç bir əsası yoxdur, tamamilə yalandır, uydurma və şayiədir. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir".
Əhəd Abıyevin təhsili məsələsinə gəlincə isə bildirilir ki, Abıyev köhnə Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universitetini) bitirib:
""Təfəkkür" Universitetinin diplomu ilə bağlı bildiririk ki, həmin diplom heç bir yerdə istifadə olunmayıb. Əgər surəti və ya istifadə olunduğu yer varsa, buyurub təqdim edə bilərlər".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar