Xəbər lenti
Cəlilabad təhsilində ŞOK OLAY: Məktəb direktorları qəbirstanlıqda aylıq verir
Cəlilabad RTŞ müdiri Qərənfil Əhmədovanın qanunazidd əməlləri bitib tükənmək bilmir.
Manevr.az bildirir ki, bu barədə dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, Q. Əhmədova rayon təhsilini öz şəxsi obiyekti kimi idarə edir. Tam məlum oldu ki, istər rayon rəhbərliyini, istərsədə Təhsil Nazirliyini belə bir maraqlı və cəlbedici variantlar qane edir. Mənbəmiz daha sonra əlavə edir ki, Q. Əhmədova hətta pandemiya dövründə məktəb direktorlarından pul yığılmaması haqqında ciddi göstıriş alsa belə öz sürücü vasitəsi ilə gah “Tut bağında “, gah da “Qəbristanlıqda” rüşvət toplayıb.
Rayonda elə bir məktəb yoxdur ki, direktora aylıq verməsin , “ölü can “ olan texniki işçilərinin məvacib kartı RTŞ müdirinin əlində olmasın. Bu məktəblərin içərisində rüşvət almayan və verməyən yeganə məktəb direktoru Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərov idi ki, ona da Qərənfil Əhmədova işləməyə imkan vermədi. Təhsil Nazirliyindəki havadarları vasitəsi ilə Zaur Əlkəbərovun müddətli əmək müqaviləsinə xitam verdirmişdi.
1500 nəfərdən çox Göytəpə şəhər sakininin nazirliyə müraciət edərək Zaur Ələkbərovla yenidən müqavilə bağlanılması istənilsədə, güman edilir ki, Qərənfil Əhmədova buna imkan vermir. Təhsil Naziri cənab Emin Əmrullayevin bir daha diqqətinə çatdırmaq istəyirik ki, orta məktəb direktorları çıxılmaz durumdadır. Onlara rüşvətsiz işləməyə imkan verilmir. Guman edirik ki, məsələ Təhsil Nazirliyi tərəfindən araşdırılacaq və təhsilimizə xələl gətirən şəxslər öz layiqli cəzalarını alacaqdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar