Xəbər lenti
“Azəriqaz” İB-nin baş direktoru və müavinləri vətəndaş qəbulu keçirib
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhəri, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Göygöl rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Goranboy rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
Vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Onlar növbəli şəkildə fikirlərini səsləndiriblər. Müraciətlər zamanı əsasən fərdi şəkildə qaz çəkilişlərinə köməklik göstərilməsi, küçə qaz xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bəzi vətəndaşlar isə bundan öncə keçirilən qəbul zamanı onlara qaz çəkilməsi üçün köməklik göstərildiyinə görə təşəkkür ediblər. Sonda baş direktor R.Əliyev Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyinə qazlaşma ilə bağlı məsələlərin hava şəraitinin kəskin soymasına qədər icra edilməsi barədə tapşırıqlarını verib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar