Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qurban Məmmədov həbs xəbərini özü yayıbmış

Tarix: 17-09-2020 19:27     Baxış: 3194 A- / A+
Qurban Məmmədov həbs xəbərini özü yayıbmış

"Yayılan informasiyalara görə, Azərbaycan xalqından üzr istəyirəm. Türkiyə dövlətindən, xalqından da üzr istəyirəm. Çünki sosial şəbəkələrdə Türkiyənin əleyhinə həm hakimiyyətin daxilində, həm də hakimiyyətdən kənarda olan qüvvələr təbliğat apardılar. Bu, çox təəssüfləndirici haldır”.

Manevr.az xəbər verir ki, bu sözləri "Musavat TV”nin canlı efirində Türkiyədə həbs edilməsi barədə xəbərlər yayılan Qurban Məmmədov deyib.

Q.Məmmədov bu məlumatı məqsədli şəkildə yaydığını da etiraf edib: "Mən bu müddət ərzində Türkiyədə olmamışam. Azərbaycan hökuməti mənim barəmdə cinayət işi açıb və axtarışa verib. Mən də öz təhlükəsizliyimi daha da artırmalıyam. Mənim başqa bir yerdə müəyyən yoldaşlarla görüşüm var idi. Ona görə də diqqət yayındırmaq üçün bu aksiya planlaşdırıldı”.

Məmmədov əlavə edib ki, "İnterpol” onu axtardığı halda başqa ölkəyə gedəsi deyil: "Hər kəs bilməlidir ki, Türkiyə hüquqi dövlətdir, qanunların şah olduğu müqəddəs bir məmləkətdir”.

Qeyd edək ki, Qurban Məmmədovun Türkiyədə saxlanılması xəbərini oğlu Qoşqar Məmmədov sosial şəbəkə vasitəsilə yayıb. Bir qədər sonra isə Qoşqar Məmmədov təkrar status yazaraq, öz xəbərini təkzib edib./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar