Xəbər lenti
Məşhur müğənni narkotikdən ölüb - Sevgilisi etiraf etdi
Məşhur britaniyalı müğənni Corc Mayklın ölümü ilə bağlı faktlar üzə çıxıb.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin narkotik maddənin təsirindən öldüyü bildirilir.
Homoseksual müğənninin 9 il münasibətdə olduğu keçmiş sevgilisi Paul Stag onun narkotik istifadəçisi olduğunu etiraf edib.
“Corc Maykl narkotik aludəçisi idi. Hesab edirəm ki, onun ölümünə qəbul etdiyi narkotik səbəb olub. Yüz faiz buna əminəm”, - deyə müğənninin sevgilisi vurğulayıb.
Qeyd edək ki, Corc Maykl ötən ilin dekabr ayında dünyasını dəyişib. Onun ürək çatışmazlığından öldüyü bildirilirdi.
İkiqat “Qremmi” mükafatı laureatı Corc Mayklın albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır.
Corc Maykl 1963-cü ildə Londonda anadan olub. O, 1980-ci ildə "Wham" duetində öz musiqiçi karyerasına başlayıb. Qrup dağıldıqdan sonra, o solo fəaliyyətə başlayıb. Musiqiçi cəmi 6 solo albom buraxıb.
Kayerası ərzində Corc Maykl bir çox musiqi mükafatları alıb, o cümlədən 3 "Grammy" mükafatı və 5 "MTV" mükafatı. Onun sonuncu albomu ("Symphonica") 2014-ci ildə çıxıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar