Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Qaydalara riayət etməklə, virusa yoluxma sayı artsa belə, vəziyyəti nəzarətdə saxlamaq olar” - Müşfiq Məmmədli

Tarix: 16-09-2020 16:43     Baxış: 3228 A- / A+
“Qaydalara riayət etməklə, virusa yoluxma sayı artsa belə, vəziyyəti nəzarətdə saxlamaq olar” - Müşfiq Məmmədli


“Koronavirus pandemiyasına qarşı aparılan məqsədyönlü mübarizə və işlərin müsbət nəticəsi olaraq karantin rejiminin yumşaldılması istiqamətində addımlar atıldı. Bildiiyni kimi pandmeiya dövründə dünya iqtisadiyyatında azalmalar müşahidə olunduğundan iqtisadi aktivliyi bərpa etmək üçün karantin rejimlərinin yumşaldılması, həm də koronavirusla birgə yaşama modelinə keçid baş verməkdədir. Azərbaycanda da karantin rejiminin yumşaldılması və bu modelə keçid həyata keçirilməkdədir”.

Manevr.az
xəbər verir ki. bunu ölkə.az-a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycanda da bu modelə keçmək istiqamətində qaydalar hazırlandı, bir sıra istehsal və ictimai-iaşə, ticarət müəssisələri, o cümlədən ümumtəhsil və ali məktəblərdə dərslərin başlanılmasına başlanıldı.” Lakin bu, o demək deyil ki, təhlükə aradan qalxıb. Karantin rejiminin yumşaldılması virusa yoluxma sayının artırma riskini yaradır və bu istisna deyil. Artıq bəzi xarici ölkələrdə virusun ikinci dalğasının başlandığını qeyd edirlər və bu Azərbaycanda da mümkündür”- millət vəkili qeyd edib.
M. Məmmədli bildirib ki, məktəblərin və ali məktəblərin hibrid fəaliyəti, həmçinin havaların soyuması və immunitetin zəifləməsi nəticəsində koronavirusa yoluxmanın sayının artmasına səbəb ola bilər: “ Ona görə də biz 3 qızıl qaydaya- maska taxıb, məsafə saxlayıb, gigiyenik qaydalara riayət etməklə, hətta virusa yoluxma sayının artması nəticəsində yaranmış vəziyyəti idarəolunan səviyyədə saxlaya bilərik. Bunun üçün biz bir-birimizi qoruyub pandemiyanın 3 qızıl qaydasına əməl etməklə, həmçinin vətəndaş məsuliyyəti nümayiş etdirməklə buna nail ola bilərik”.
Millət vəkili hesab edir ki, virusa yoluxma sayı oktyabrın ortalarından etibarən arta bilər: “Statistik məlumatlar və analizlər göstərir ki, virusa yoluxma sayının artması oktyabrın ortalarından noyabrın ortalarınadək artması ehtimal olunur. Ümumilikdə bu müddət riskli müddətdir. Ona görə də hər birimiz ehtiyatlı olub, qaydalara ciddi əməl etməliyik. Ancaq bu yolla virusa qalib gələ bilərik”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar