Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”

Tarix: 16-09-2020 11:31     Baxış: 4236 A- / A+
Vüqar Səfərli Həsənovu ələ verdi: “Onun tapşırığı ilə…”

KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbərliyinin fəaliyyəti dövründə yol verilmiş qanunsuz əməllərin istintaq araşdırması davam edir.

Fondun sabiq icraçı direktoru Vüqar Səfərlidən qanunsuz yollarla mənimsədiyi külli miqdarda dövlət vəsaitinin geri qaytarılması tələb olunur.

Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyinin dövründə baş vermiş cinayət əməllərinin istintaqı zamanı yeni detallar aşkarlanıb.

KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli istintaqa verdiyi ifadədə özünü məsuliyyətdən kənarda saxlamaq üçün aşkarlanan qanunsuz əməlləri Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun tapşırığı ilə həyata keçirdiyini bildirib.

Qeyd olunur ki, mənimsədiyi dövlət vəsaitini geri qaytarmaq məcburiyyətində qalan Vüqar Səfərli zəruri məbləği toplamaq üçün paytaxtın Nərimanov və Nizami rayonlarında yerləşən otellərini və digər obyektlərini dəyər-dəyməzinə satışa çıxarıb. Lakin bununla da yarası sağalmayan Səfərli vəzifədə olduğu 12 il ərzində əlaqəni kəsdiyi qohumlarına belə borc üçün ağız açmalı olub. /yenicag.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar