Xəbər lenti
Turan ordusu yaradılır: Qarabağda real ssenari - Şərh
Azərbaycan və Türkiyənin son dövrlər hərbi sferada daha da yaxınlaşması Turan ordusunun yaradılması istiqamətində ciddi addım kimi qiymətləndirilir. Lakin bu, iki ölkənin münasibətləri haqda yaradılmağa çalışılan xofdur. Məsələ ondadır ki, Turan ordusunun yaradılması elə də sadə bir proses deyil. Yəni bu layihə təkcə Azərbaycan və Türkiyənin iştirakı ilə olası deyil. Amma bu istiqamətdə uzun illərdir iş gedir.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli son günlər Ermənistan mediasında 2,8 milyonluq Turan ordusu və bunun İrəvan üçün təhlükə yaradacağı haqda xəbərləri şərh edərkən deyib.
O qeyd edib ki, təkcə Ermənistan deyil, bir çox dövlət Turan ordusunun yaranmasından ciddi narahatlıq keçirir:
“Turan ordusunun qurulması məsələsi Türkiyənin hər zaman gündəmində olub. Çünki dünyada bunun bir çox örnəyi var. Hətta Avropa ordusu müzakirə edilir, Afrika ölkələri belə bu istiqamətdə əsaslı işlər görməkdədir. Belə olduqda niyə türk ölkələrinin də hərbi alyansı olmasın? Vaxtilə Türkiyənin nüfuzlu “Uluslararası Politika Akademisi” nəşri bu layihənin həyata keçirilməsi ilə bağlı Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın hüquq-mühafizə orqanlarının hərbi statusla birləşdirilməsindən yazırdı. Məsələ ondadır ki, nəşr o zaman bu məsələni heç də tam mənasında açıq şəkildə yaza bilmirdi. Səbəb isə bu gün də davam edən Turan ordusunun yaranmasına mane ola biləcək qüvvələrdir. Turan ordusunun guya Türkiyənin imperialist maraqları üçün yaradılması istənilən bir layihə olduğu deyilir. Lakin bu, yanlış və əsassız iddiadır. Bu məntiqlə yanaşsaq, gərək deyək ki, NATO da ABŞ-ın vaxtilə yaratdığı, bilavasitə imperialist maraqlarına xidmət edən hərbi qurumdur”.
Politoloq vurğulayıb ki, Azərbaycan da Turan ordusunun yaradılmasında maraqlıdır:
“Azərbaycan cəmiyyəti yaxşı anlayır ki, güclü olmağın tək yolu birləşməkdir. Bu mənada Turan ordusunun yaradılması rəsmi Bakının da marağına uyğundur. Bu ordunun Dağlıq Qarabağda antiterror əməliyyatı keçirə biləcəyi isə ən real ssenarilər arasındadır. Əslində, bunu rəsmi İrəvan da yaxşı anlayır və canfəşanlıq edir. Nəticə etibarilə deyə bilərəm ki, bu gün bu istiqamətdə türk ölkələri ciddi addımlar ata bilər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar